165 ailə susuz qalıb-Zaur Mikayılov isə……-ŞİKAYƏT

165 ailə susuz qalıb-Zaur Mikayılov isə……-ŞİKAYƏTBakının Yeni Günəşli ərazisində yerləşən "Sahil – S İnşaat" MTK sakinləri ilin-günün bu vaxtında susuzluqla imtahana çəkilir.

Binadan mənzil alan 165 ailə özünü Kərbəla çölündə hiss etməkdədir. Bu problemlə bağlı dəfələrlə "Azərsu" ASC-yə müraciət olunsa da, indiyə kimi tədbir görülmür.

Sakinlər qeyd edirlər ki, bundan əvvəlki rəhbərliyin dövründə, məsələ Baş Prokurorluğun nəzarətində olanda texniki şərt verilmişdi, amma icra olunmadı. Texniki şərtim verilməsinə əsasən sayğaclar quraşdırılmadı. Daha sonra "Azərsu" Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi. Sakinlər Agentlik sədri Zaur Mikayılova bu dəfə müraciət ediblər, amma hələ də bina su üzünə həsrət qoyulub, verilən texniki şərtə əsasən sayğaclar qoyulmayıb. Vətəndaşlar güman edirdi ki, yeni rəhbərlik onların müraciətinə baxacaq, ancaq nəticəsi yoxdur. Əksinə, sakinlərə deyilib ki, əvvəl verilən texniki şərtin vaxtı guya keçib. İndi də yeni texniki şərt verməyi cəhənnəm əzabına çeviriblər. Bununla bağlı məlumat verən sakinlərin sözlərinə görə, onlar bu həftə "Azərsu" qarşısına toplaşaraq aksiya keçirəcəklər, su sayğaclarının quraşdırılmasını xahiş edəcəklər. Onlar bildirirlər ki, Zaur Mikayılov vətəndaşların müraciətlərini qulaqardı edir və bu qədər ailəni susuz qoyub. Halbuki agentlik bir binaya texniki şərt verilməsini istəsə həyata keçirə bilər. Əvvəla, hər bir vətəndaşın su ilə təmin olunmaq haqqı var və dövlət insanların kommunal tələbatını yerinə yetirməlidir. İkincisi, su vermək imandan, insanlıqdandır. Bununla Zaur Mikayılov 165 ailəni sevindirmiş olacaq, onların duasını eşidəcək, savab bir iş görəcək. Yəni məsələnin həm hüquqi, həm mənəvi tərəfləri var. Prezident məmurları təyin edərkən onlara xalqla işləməyi tapşırır. Amma görünür ki, Zaur Mikayılov vətəndaşları prezidentdən narazı salmaq fikrinə düşüb. Əgər elə olmasaydı, bir binaya texniki şərt verilməsi kimi bir məsələni bir su içimi qədər asanlıqla həll edərdi. Amma görünür ki, agentlik və rəhbərliyi vətəndaşları etiraz aksiyası keçirmək həddinə çatdırmaqdadır. Bu isə əhalini hökumətdən narazı salmaq deməkdir. Sakinlər isə deyirlər ki, onlar dövlətin siyasətini dəstəkləyən ailələrdir və heç bir gərginlik yaratmaq niyyətləri yoxdur. Sadəcə, "Azərsu" onları bu yerə gətirib çıxarıb. Axı nə çətin işdir ki əvvəl verilən texniki şərti reallaşdırmaq?! Elə bu qurumun işi odur ki, sayğac quraşdırılan mənzillərin sayı artsın. Buna görə hər bir ailə ödəniş edəcək, yenə dövlətə faydası olacaq. Hamı necə, bu binada yaşayanlar da o şəkildə su ehtiyaclarının qarşılanmasını istəyirlər. Artıq 2025-ci ildir və belə bir əsrdə Bakının Yeni Günəşli kimi ərazisində bir binanın su problemi ilə üzləşməsi gülüncdür. Dünya texniki tərəqqidədir, bizsə su dərdindən danışırıq. Buna da səbəbkar Zaur Mikayılov və onun komandası, eləcə də əvvəlki rəhbərlikdir. Amma Zaur Mikayılov əvvəlki rəhbərlikdən fərqlənmək, müsbət xal qazanmaq həvəsində görünmür. Bu səbəbdən vətəndaşlar "Azərsu" qarşısında toplaşıb şikayət edəcəklər və səslərini media vasitəsi ilə dövlətə, prezidentə çatdıracaqlar. İnkar başqa çarə qalmadığını söyləyirlər və buna məcbur olublar. Çünki insanların gündəlik su tələbatını ödəməmək sosial fəlakətdir. Ona görə də texniki şərtin verilməsi Zaur Mikayılovun daha 165 ailənin sevincinə səbəb olacaq, o cümlədən agentlik sədri 165 ailədən də müsbət rəy qazanacaq. AnaXeber.info


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3042   Tarix: 04 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr