APA-nın 15-ci plenar sessiyasının Bakı Bəyannaməsi qəbul edilib
Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının nəticələrinə uyğun olaraq Bakı Bəyannaməsi qəbul olunub.
Sonxeber.az xəbər verir ki, sənəddə Asiya Parlament Assambleyasının sıralarının genişlənməsi, Omanın tamhüquqlu üzvlüyü, habelə Belarusa müşahidəçi statusunun verilməsi alqışlanıb.
Bəyənnamədə həmçinin üzv parlamentlər İKT-nin istifadəsində siyasət, bacarıqların artırılması, inam və təhlükəsizliyin yaradılması vasitəsilə İKT infrastrukturunun inkişafını təşviq etmək üçün əməkdaşlıq etməyə və lazımi tədbirlər görməyə, güclü parlamentlərarası əməkdaşlığa, qadınların və gənclərin işlərə cəlb edilməsinə kömək etməyə çağırılıb.
Eyni zamanda sənəddə üzv parlamentlər Asiyada mədəniyyətlərarası və dinlərarası dialoqu, mübadiləni inkişaf etdirmək üçün məqsədyönlü fəaliyyətlər, o cümlədən Bakı Prosesi və "Mədəniyyət naminə sülh" qlobal kampaniyasında fəal iştiraka dəvət edilib.
Bəyannamədə ötən il noyabrın 11-22-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının ekoloji və iqlimlə bağlı qlobal problemlərin həllinə mühüm töhfə verəcək uğurlu nəticələri yüksək qiymətləndirilib.
Sənəddə həmçinin 2024-cü ilin noyabrında COP29-da Bakı İqlim Birliyi Paktının qəbulu alqışlanıb və COP29 Sədrliyinin təsirli iqlim fəaliyyətinə imkan verməyə yönəlmiş qlobal təşəbbüsləri təqdir edilib.
Bundan başqa, bəyannamədə Asiya Parlament Assambleyası Ermənistandan Qərbi azərbaycanlıların hüquqlarının bərpasını tələb edib:
"Qərbi Azərbaycan İcmasının müxtəlif beynəlxalq insan haqları sənədlərində təsbit olunduğu kimi Ermənistandakı ata-baba yurdlarına qayıtmaq üçün dialoqa başlamaq üçün dəfələrlə etdiyi müraciətləri qəbul edin və köçkün azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün bütün səyləri səfərbər edin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər