Şagirdlər işdən çıxarılan müəllimin qaytarılmasını istədi - Video
Bir neçə gün öncə Gəncədə 34 nömrəli məktəbin ingilis dili müəllimi Cavid Rzayevin 5-ci sinif şagirdi Ə.H.-yə qarşı zor tətbiq etməsi ilə bağlı iddialar yayılmışdı. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi sözügedən hadisə ilə bağlı araşdırma aparıldığını və müəllimin işdən xaric edildiyini açıqlamışdı.
"Qafqazinfo" xəbər verir ki, ötən gün bir qrup məktəbli sosial şəbəkələrdə yayılanların şayiə olduğunu bildirərək məktəbin qarşısında etiraz aksiyası keçirib.
Aksiyadan yayılan görüntülərdə öz müəllimlərinin müdafiəsinə qalxan şagirdlər onun həmin məktəblini döymədiyini, Ə.H.-nin özünün öz əlini divara çırpdığını söyləyiblər. Həmçinin məsələnin ədalətli araşdırılmasını və müəllimin yenidən işə bərpa olunmasını tələb ediblər.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupu ilə əlaqə saxladıq. Qrupun inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirdi ki, valideynin müraciəti əsasında Gəncə Şəhər Baş Polis idarəsinin İkinci Polis şöbəsində araşdırmalara başlanılıb: "Bu hadisə ilə bağlı ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə sorğumuza belə cavab aldıq: "Gəncə şəhər 34 nömrəli tam orta məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edirik ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.
Bildiririk ki, şagirdlərə qarşı fiziki təzyiq göstərilməsi yolverilməzdir. Bu kimi hallara qarşı mübarizə tədbirləri davam etdiriləcək. Gələcəkdə də belə hallara yol verilərsə, müvafiq ölçü götürüləcək".
Xatırladaq ki, məktəblinin döyülməsi iddiaları ilə bağlı saytımıza onun babası Ələddin Hüseynov müraciət etmişdi. O, nəvəsinin daha öncə də həm də sinif rəhbəri olan müəllimi tərəfindən döyüldüyünü, uşağın əlindən xəsarət aldığını iddia edirdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər