Bakı-İslamabad geosiyasi xətti: regional tərəfdaşlıqdan qlobal müstəviyə

Bakı-İslamabad geosiyasi xətti: regional tərəfdaşlıqdan qlobal müstəviyəFevralın 23-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi dövlət səfəri iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəkdir. Bu səfər ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir addım olaraq dəyərləndirilir. Səfərin məqsədi, həmçinin iki dövlətin bir-birinə olan qarşılıqlı hörmət və etimadını daha da möhkəmləndirərək strateji tərəfdaşlıq münasibətlərini yeni zirvələrə çatdırmaqdır.

Azərbaycan ilə Pakistan arasında münasibətlər tarixi dostluq və qardaşlıq ənənələrinə söykənir. Bu əlaqələr çoxşaxəli və müsbət istiqamətlərdə inkişaf edir, həm regional, həm də beynəlxalq müstəvidə ölkələr bir-birinə dəstək olur. İki ölkə arasında diplomatik əlaqələrin qurulması 1992-ci ildən etibarən başlasa da, tarixi əlaqələrin kökləri daha da dərindir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). Bu mövqeyin bir təzahürü olaraq Pakistan, həmçinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edərək dövlətlərarası gələcək perspektivləri müzakirə ediblər. Dövlətimizin başçısı çıxışında bildirib: "Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq".

Müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi və texnoloji təcrübənin qarşılıqlı mübadiləsi nəzərdən keçirilir. Belə ki, ixtisaslı kadrların hazırlanması və müdafiə sənayesində müasir texnologiyaların tətbiqi prioritet istiqamətlərdən biridir.

Dövlətlərarası iqtisadi əməkdaşlıq, xüsusilə enerji, ticarət və investisiya sahələrində sürətlə inkişaf edərək hər iki tərəfin strateji maraqlarına uyğun qarşılıqlı faydalı əlaqələrin genişlənməsinə təkan verir. Hər iki ölkə iqtisadiyyatlarının müsbət inkişafını təmin etmək üçün sıx əməkdaşlıq etməyə sadiqlik nümayiş etdirir. Həmçinin, bu dövlətlər ticarət dövriyyəsinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı 10-dan çox sənəd imzalanmışdır. Azərbaycan Pakistana yaxın zamanda 2 milyard dollar sərmayə yatıracaq və bu vəsaitlər konkret layihələrdə tətbiq olunmaqla hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcəkdir.

Eyni zamanda, iki ölkə arasında enerji sahəsində də əməkdaşlıq genişlənir. SOCAR ilə Pakistanın enerji şirkətləri birgə layihələr həyata keçirməkdə maraqlıdırlar. Bu sahədə əməkdaşlıq həm də maye qaz və enerji infrastrukturunun inkişafına dair konkret addımların atılmasını təmin edir.

Azərbaycan və Pakistan arasında nəqliyyat və kommunikasiya sahələrində də əməkdaşlıq müsbət istiqamətdə inkişaf edir. Bu sahə xüsusən də beynəlxalq daşımalar və ticarət əlaqələrinin inkişafı üçün vacibdir. Azərbaycan əlverişli coğrafi mövqeyi baxımından Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Pakistanın bu dəhlizlərdə iştirak etməsi regionda iqtisadi sabitlik və qarşılıqlı əlaqələrin inkişafına töhfə verir.
İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iki ölkə arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə Pakistanın ən yüksək mükafatlarından biri olan "Hilal-e Pakistan" ordeni ilə təltif edilmişdir.
Pakistan və Azərbaycan qlobal arenada bir-birilərinə dəstək göstərməklə yanaşı, bir çox beynəlxalq təşkilatlarda da qarşılıqlı əməkdaşlıq siyasətini həyata keçirirlər. Siyasi və strateji əlaqələr bu ölkələrin qarşılıqlı əlaqələrinin əsasını təşkil edir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Pakistan hər zaman dövlətimizin mövqeyini dəstəkləmiş və bu, hər iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə səbəb olmuşdur. Həmçinin, Pakistan Azərbaycanla siyasi əlaqələrində qarşılıqlı anlayış və dəstək nümayiş etdirərək, xüsusilə ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması ilə bağlı obyektiv yanaşmasını ortaya qoymuşdur.

Azərbaycan-Pakistan əlaqələri bütün sahələrdə genişlənməkdə davam edir. Həm iqtisadi, həm də siyasi sahələrdə bu əlaqələrin daha da möhkəmlənməsi gələcəkdə regionda və beynəlxalq aləmdə daha güclü bir tərəfdaşlıq yaradacaqdır. Qlobal səviyyədə qarşılıqlı maraq və müsbət münasibətlər hər iki ölkənin beynəlxalq siyasətə təsirini artıracaq, daha güclü və bərabərhüquqlu əməkdaşlıq perspektivləri açacaqdır.

İki ölkə arasında yeni iqtisadi, təhlükəsizlik və mədəni əməkdaşlıq layihələrinin inkişafı Azərbaycan və Pakistanın regionda və dünyada daha sıx əlaqələr qurmasını təmin edəcəkdir. Bu əlaqələrin gələcəkdə daha da dərinləşməsi hər iki xalqın maraqlarını təmin edəcək, həmçinin dövlətlərin mövqelərini gücləndirəcəkdir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1130   Tarix: 27 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr