Nəqliyyat və yük tapmaq üçün inqilabi mobil tətbiq - Fast Found
Logistika dünyasında hər gün böyük əhəmiyyət kəsb edir. Vaxt – puldur, texnikanın boşda qalması və ya tərəfdaş axtarışında gecikmələr ciddi itkilərlə nəticələnə bilər. Yeni mobil tətbiq Fast Found, sürücüləri, xüsusi texnika sahiblərini, nəqliyyat şirkətlərini və etibarlı logistika həllərinə ehtiyacı olan biznesləri birləşdirərək bu problemləri səmərəli həll edir.
Fast Found nədir?
Fast Found – nəqliyyat və yük mövcudluğu ilə bağlı elanların axtarışı və yerləşdirilməsi üçün müasir platformadır. Bu tətbiq, xüsusilə, yük avtomobilləri sürücüləri, xüsusi texnikanın sahibləri , nəqliyyat şirkətləri, habelə, mal ixracı və idxalı ilə məşğul olan şirkətlər üçün nəzərdə tutulmuşdur.
Tətbiqin köməyi ilə hər bir istifadəçi tez və asanlıqla:
Yükünün daşınması üçün nəqliyyat tapa bilər.
Mövcud texnikası haqqında məlumat yerləşdirərək müştərilər tapa bilər.
Texnikasının boşda qalma vaxtını azalda bilər.
Fast Found, logistika zəncirinin bütün iştirakçılarını birləşdirən körpü rolunu oynayır və daha çox sifariş və müqavilə əldə etməyə kömək edir.
Fast Found-un əsas üstünlükləri
İstifadə rahatlığı. Platforma intuitiv və aydın interfeysə malikdir, bu da hər kəsin istifadəsini asanlaşdırır.
Operativlik. Elanın dərc edilməsi bir neçə dəqiqə çəkir, avtomatlaşdırılmış seçim funksiyası isə uyğun təklifləri sürətlə tapmağa kömək edir.
Qənaət. Fast Found istifadə edərək tərəfdaş axtarışı xərcləri azalır və boşda qalma riskləri minimuma endirilir.
Şəffaflıq. İstifadəçilər reytinqləri görərək etibarlı tərəfdaşlar seçə bilər.
Əlçatanlıq. Tətbiq iOS və Android üçün pulsuz yükləmək mümkündür.
Bu tətbiq kimlər üçündür?
-Fast Found logistika sahəsi üzrə peşəkarlar üçün yaradılmışdır. Əgər siz yük avtomobili sürücüsüsünüz və ya nəqliyyat şirkəti mütəxəssisinizsə, bu tətbiq gündəlik işinizdə əvəzolunmaz vasitə olacaqdır.
-Bununla yanaşı, məhsullarının operativ çatdırılmasına ehtiyac duyan şirkətlər də asanlıqla münasib şərtlərlə xidmət təklif edən etibarlı daşıyıcılar tapa bilərlər.
-Əlavəolaraq , bu tətbiq , qeyri-kommersiya fəaliyyətinin istifadəçiləri üçün də əlverişli tətbiqdir. Kriteriyalar üzrə axtarış seçimi ilə rahat interfeys şəxsi məqsədlər və məişət ehtiyacları üçün istənilən nəqliyyat vasitəsini tapmağa imkan verir.
Niyə məhz Fast Found?
Bazarın bir çox nəqliyyat axtarışı tətbiqləri var, lakin Fast Found öz yanaşması ilə fərqlənir. Burada siz sadəcə elan yerləşdirmə platforması deyil, həm də biznes proseslərinizi avtomatlaşdırmaq və optimallaşdırmaq üçün güclü bir vasitə əldə edirsiniz.
Fast Found– hər zaman yanınızda olan şəxsi köməkçinizdir. Uzun kontakt siyahılarını, köhnəlmiş elanları və ya gec cavabları unudun – artıq yükünüz və ya texnikanız üçün tərəfdaş tapmaq cəmi bir neçə kliklə mümkündür.
İndi yükləyin və istifadə etməyə başlayın!
Fast Found-u seçən minlərlə istifadəçiyə qoşulun. Uyğun təkliflər tapın, xərclərinizi azaldın və logistikanızı daha sürətli və effektiv edin!
Fast Found tətbiqini App Store və ya Google Play-dən dərhal yükləyin və logistikanı necə asan idarə edə biləcəyinizi özünüz görün.
Fast Found – cibinizdə logistika köməkçisi!


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər