"Çirkin qarayaxma kampaniyalar Azərbaycanın haqlı mövqeyinə kölgə sala bilməz" - DEPUTAT
Azərbaycan müstəqil və güclü dövlət kimi beynəlxalq müstəvidə öz nüfuzunu artırmaqdadır.
Ölkəmiz 44 günlük Vətən Müharibəsi və ardınca həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Hazırda bu proses qlobal güclərin maraq dairəsindədir.
Tarixi zəfərimizdən 5 il keçməsinə baxmayaraq bir çox dövlətlər və təşkilatlar, həmçinin Avropa İttifaqı hələ də, Azərbaycanın qələbəsini və uğurlanı qəbul edə bilmir. Xocalı soyqırımının il dönümü ərəfəsində Avropa İttifaqı və Ermənistanın anti-Azərbaycan ritorikasına əsaslanan bəyanatı növbəti siyasi ikiüzlülük nümunəsidir və üzləşdiyimiz qarayaxma kompaniyasının davamıdır. Bu kimi əsassız, qərəzli və riyakar bəyanatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir. Nikol Paşinyan administrasiyasının da eyni ittihamlarla çıxış etməsi onların da sülh danışıqlarında qeyri-səmimi olduqlarının göstəricisidir.
İstər keçmiş Dağlıq Qarabağ münaqişəsi zamanı, istərsə də indiki situasiyada rəsmi Brüssel Bakı və İrəvan münasibətlərinə hər zaman xristian təsübbeşliyi prizmasından yanaşaraq Ermənistanın işğalçı və təcavüzkar siyasətini dəstəkləmişdir. Bir milyona yaxın azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınmasına və işğal faktoru ilə bağlı BMT Təhlükəsizlik Şurasınının 4 qətnaməsinə bu zamana qədər hər hansı bir hüquqi qiymət verməyən Avropa İttifaqı Qarabağdan könüllü şəkildə köç etmiş ermənilərdən ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
Bütün bunlarla yanaşı, İttifaq tərəfindən Ermənistan ərazisinə yerləşdirilən 2098 nəfərlik Müşahidə-Monitorinq Missiyası Azərbaycanla şərti dövlət sərhəddində təxribat xarakterli fəaliyyətlər həyata keçir və iki ölkə arasındakı kövrək sülhə təhdid yaradır. Onların qanunsuz fəaliyyəti Ermənistan cəmiyyətində revanşist meyllərin artmasına zəmin yaradır.
Mövcud reallıqlar ondan ibarətdir ki, çirkin qarayaxma kampaniyaları hər zaman olduğu kimi uğursuzluğa məhkumdur və Azərbaycanın haqlı mövqeyinə kölgə sala bilməz.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1229 Tarix: 28 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr