"Gerçək müəllim öz ləyaqəti ilə tanınır, hədiyyələrlə yox!" - AÇIQLAMA

"Gerçək müəllim öz ləyaqəti ilə tanınır, hədiyyələrlə yox!" - AÇIQLAMA8 Mart öncəsi məktəblərdə yaranan gərginliklər təhsilin mahiyyətini və müəllim nüfuzunu ciddi şəkildə zədələyən məsələlərdən biridir. İllərdir valideynlər arasında "hədiyyə yığımı" mövzusu müzakirə edilir, məktəb rəhbərləri və Təhsil Nazirliyi dəfələrlə bunun qadağan olunduğunu bildirir. Lakin nə qədər qadağa qoyulsa da, müəllimlərə bahalı hədiyyələr alınması, hətta bəzi hallarda pul yığılması halları davam edir.

Bəs görəsən bu halların qarşısını niyə alına bilmir?

Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib:

"Müəllimlik müqəddəs bir peşədir və onun nüfuzu yalnız dərs keçməklə, bilik ötürməklə deyil, həm də cəmiyyətə verdiyi mənəvi mesajlarla formalaşır. Əgər bir müəllim şagirdlərdən və valideynlərdən hədiyyə gözləyirsə, bu, onun nüfuzuna ciddi zərbə vurur. Çünki müəllim yalnız bilik verən deyil, həm də tərbiyə edən şəxsdir və öz davranışı ilə şagirdlərə nümunə olmalıdır. Müəllim şagirdlərinə vicdanlı, dürüst, əxlaqlı olmağı öyrədir, amma eyni zamanda valideynlərdən maddi qarşılıq gözləyirsə, bu zaman şagirdlərin gözündə onun imici sarsılır.

Bahalı hədiyyələr, xüsusilə də müəllimə pul şəklində verilən "hədiyyə", peşə prinsiplərinə ziddir. Təhsil etikası baxımından müəllimin şagirdlərdən və valideynlərdən hər hansı maddi qarşılıq gözləməsi doğru deyil. Müəllim bir şagirdə digərindən daha fərqli münasibət göstərməməlidir, amma bəzi hallarda hədiyyə məsələsi valideynlər arasında yarışa çevrilir və bu, sinifdə neqativ münasibətlər yaradır. Valideynlər arasında "kim daha bahalı hədiyyə aldı" mövzusunda gizli rəqabət gedir və bəzi hallarda müəllim özü birbaşa və ya dolayı yolla valideynlərə bahalı hədiyyə vermələri üçün təzyiq göstərə bilir.

Bu halın təhsilə mənfi təsiri təkcə müəllimin nüfuzuna zərbə vurmaqla məhdudlaşmır. Şagirdlər məktəbdə gördükləri bu mənzərəni həyatın bir modeli kimi qəbul edirlər. Belə bir mədəniyyətin formalaşması şagirdlərdə "hər şeyi pul həll edir" düşüncəsini gücləndirir və gələcəkdə cəmiyyətin korrupsiya ilə mübarizə aparmaq imkanlarını zəiflədir.

Müəllimin 8 Mart və digər bayramlarda şagirdlərdən və valideynlərdən bahalı hədiyyələr gözləməsi və ya açıq və ya gizli şəkildə bunu tələb etməsi etik normalara tamamilə ziddir. Əgər müəllim cəmiyyət içində nüfuzlu bir şəxs kimi qalmaq istəyirsə, bu cür praktikaları rədd etməli, hətta valideynlərə açıq şəkildə hədiyyə qəbul etmədiyini bildirməlidir.

Hədiyyə vermək etik normalar çərçivəsində olsa, məsələn, şagirdlərin öz əlləri ilə hazırladığı kiçik bir açıqca, müəllim üçün bu daha dəyərli olmalıdır. Çünki müəllim üçün ən gözəl hədiyyə onun şagirdlərinin uğurlarıdır, biliklərinin və əməllərinin nəticəsində formalaşmış nəsildir.

Əgər təhsil sistemində bu problem həll olunmasa, müəllimlərin nüfuzu getdikcə daha çox sarsılacaq, valideyn-məktəb münasibətləri ticarətə çevriləcək və təhsildə vicdan anlayışı kölgədə qalacaq. Gerçək müəllim öz ləyaqəti ilə tanınır, hədiyyələrlə yox!"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1852   Tarix: 28 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr