"Mənə müraciət edənlər arasında, həyat yoldaşım 8 Martda hədiyyə almasa boşanacam deyən qadınlar var" - PSİXOLOQ
Garşıdan 8 Mart Beynəlxalq Qadınlar günü gəlir. Sosial şəbəkələrdə kişilər bu gün qadınlara hədiyyə almasınlar deyə növbənöv bəhanələr irəli sürür. Qadınlar isə özəl gündə hədiyyə gözləyirlər. Bəs görəsən kim haqlıdır, hədiyyə gözləyən qadınlar yoxsa hədiyyə almaqdan boyun qaçıran kişilər?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Sonxeber.az -a açıqlama verib:
"Son günlər müraciət edənlərin bir çoxunda "14 Fevral bitməmiş 8 Mart gəlir" deyə gileylənən bəylərimiz çoxdur. Əslində bəyləri də qınamıram, çünki bəzən xanımların gözləntilərində çox böyük hədiyyələr olur. Şou-biznesin paylaşdığı hədiyyələri hər kəs öz evində gözləyir. Amma təbiidir ki, o hədiyyələr bəylərin imkanına uyğun gəlmir və evlərdə söz-söhbət yaranır. Hətta bəzən bu söz-söhbətlər boşanmalara belə gətirib çıxarır. Mənə müraciət edən xanımların içərisində "14 fevralda aldığı hədiyyəni bəyənmədim və ya o mənə heç hədiyyə almadı. 8 Martda da belə olsa, boşanacam" deyən qadınlar var. Bəziləri bunu bəyləri manipulyasiya etmək üçün desələr də, fikrində ciddi olanlar da az deyil. Hədiyyənin böyüyü kiçiyi olmaz. Bir insana hədiyyə vermədən belə ona sevgini ifadə edə bilərsən. Amma təəssüflər olsun ki, bu gün həyat hədiyyələrdən ibarətdir kimi davranirlar. Düzdür, müəyyən məqamlar var ki, xanımlar haqlıdır. Amma bəyləri də qınamaq olmaz. Ailədə xanımı, anası, bacısı, qaynanası olan bəylər bu qədər qadını xoşbəxt edə bilmək üçün maksimum nə edə bilərki? Öhdəliklərini maddi cəhətdən çatdıra bilməyən kişi özünü zəif hiss edir. Mən qadınlarımıza məsləhət görərdim ki, hədiyyəyə görə ailələrində söz söhbət salmasınlar"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1549 Tarix: 28 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr