"Bir ölkə digərinə qarşı ərazi iddiası irəli sürürsə onların arasında sülh müqaviləsinin imzalanması mümkün deyil" - DEPUTAT
"Əgər proseslərə bugünkü reallıqları kontekstindən yanaşsaq və Azərbaycan-Ermənistan arasında imzalanacaq müqavilənin əhəmiyyətli iki şərtinin hələ də razılşadırılmadığını nəzərə alsaq, digər tərəfdən də proseslərə kənar müdaxilələrin olmasını nəzərə alsaq 2025-ci ilin ikinci yarısına qədər sülh müqaviləsinin imzalanması real görünmür".
Bunu Sonxeber.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün çox fundamental əhəmiyyət kəsb etdiyi şərtləri var:
"Bu şərtlərdən mahiyyət baxımından ən birincisi Ermənistanın konstitusiyasında müstəqil bəyannaməsinə istinadən yer alan ərazi iddialarıdır. Təbii ki, bir ölkə digərinə qarşı ərazi iddiası irəli sürürsə onların arasında sülh müqaviləsinin imzalanması mümkün deyil. Ermənistan konstitusiyasında bu müddəanın çıxarılması və ya bütövlükdə hüquqi normativ aktlarından Azərbaycana, eləcə də digər qonşu ölkələrə ərazi iddiaları çıxarılmalıdır. Nəticədə də sivil konstitusiyanın ortaya qoyulması üçün referendumun keçirilməsi ehtiyac var. Ermənistan bununla bağlı referendumu 2026-cı ildə keçirmək niyyətindədir. Onlar yeni konstitusiya üzərində işin getdiyini bəyan edirlər. Həmin konstitusiyada hansı məsələlərin yer alacağı ilə bağlı konkret heç nə deyilmir. Bu baxımdan da Konstitusiya ilə bağlı referendumun 2026-cı ildə keçiriləcəyi nəzərə alınarsa sülh müqaviləsinin o vaxta qədər imzalanması ehtimalı aşağıdır".
Deputat vurğulayıb ki, Rusiyanın Ermənistana bu prosesi tezləşdirməsi ilə bağlı təzyiq göstərməsi nəzərə çarpmır:
"Biz əksinə bəzi açıqlamalar və bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatların bəzi siyasi dairələr tərəfindən bəyənilmədiyinin görürük. Ola bilsin ki, Rusiyada və digər postsovet məkanındakı ölkələrdə bəzi siyasətçilər daim ərazi iddialarının qalmasında maraqlıdırlar. Bu baxımdan da Rusiyanın Ermənistana referendumu daha tez keçirməsi ilə bağlı təzyiq göstərməsi inandırıcı deyil. Çünki konstitusiya dəyişdirilərsə tək Azərbaycana deyil, həm də Türkiyə qarşı da ərazi iddiaları və qondarma soyqırım faktoru da çıxarılmalıdır. Bu da bizim üçün önəmli məsələlərdən biridir. Qondarma soyqırımından imtina edilməsinə Rusiyada və Ermənistanda müsbət yanaşılmır. Görünür Rusiyada bəzi siyasi dairələr bölgədə ayrı-ayrı ölkələr arasında ixtilaflı münasibətlərin qorunub saxlanılmasında maraqlıdır. Bu aspektdən bu məsələdə Ermənistana təzyiq göstərdiyini görmürəm. Yaxın zamanda da bununla bağlı hər hansı bir addımın artacağına inanmıram".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1197 Tarix: 01 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr