"Günahları yuyan yağış", Quranda adı keçən tək ay - Ramazan haqqında maraqlı faktlar
Ramazan hicri-qəməri aylarından doqquzuncunun adıdır. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət müxtəlif cür izah olunur.
Oxu.Az xatırladır ki, bir qrup din alimləri bildirirlər ki, Ramazan sözünün kökü yağış mənası verən "ramda" sözündən alınıb. Yəni yağış yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günahlardan təmizləyər.
Digər bir qrup isə deyir ki, bu sözün kökü Günəşin hərarətindən torpağın qızması mənasını verən "ramad" sözündəndir. Yəni qızmar yerdə gedən adam ayaqlarının altının yandığına dözdüyü kimi, oruc tutan adam da aclıq və susuzluğun hərarətinə dözür. İsti torpaq gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.
Ramazan ayına "on bir ayın sultanı" deyilir.
Bu ayın xüsusiyyətləri belə sıralanır:
- Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə adı açıq olaraq keçən tək ay Ramazandır.
- Qurani-Kərimin məhz Ramazan ayında nazil olduğu bildirilir.
- Qurani-Kərimdə "min aydan daha xeyirli" olduğu ifadə edilən Qədr gecəsi də məhz Ramazan ayındadır.
- Dinimizin beş təməlindən biri olan oruc ibadəti də məhz Ramazan ayında müsəlmanlara fərz qılınıb.
- Fitrə sədəqəsi vermək də məhz Ramazan ayına məxsus olan bir ibadətdir.
- Alimlər maraqlı bir nəticəyə gəliblər: əgər Ramazan müddəti bir saat qısalırsa, ölkədə iqtisadi artım tempi 0,6-0,9% artır. Əksinə, orucluq müddəti uzandıqda iqtisadi artım yavaşlayır.
- Tibbi statistika Ramazan ayının qaydalarına düzgün riayət edildikdə orucluğun sağlamlığa müsbət təsirini göstərir. Araşdırmalar oruc tutanların əksəriyyətində xolesterol səviyyəsinin azalmasını, qan təzyiqinin normallaşmasını və metabolizmin yaxşılaşmasını göstərir.
- Bəzi ölkələrdə Ramazanda oruc tutmamaq hüquq pozuntusu sayılır. Orucun qəsdən pozulması isə cərimə və ictimai işlərlə cəzalandırılan cinayət hesab olunur.
- 2025-ci ildə ən uzun oruc müddəti martın 29-da Reykyavik (İslandiya) və Nuuk (Qrenlandiya) şəhərlərində 15 saat 52 dəqiqə, ən qısa oruc isə həmin gün Punta-Arenas (Çili) şəhərində 13 saat 38 dəqiqə davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər