Bu maşınların qiyməti ucuzlaşacaq – RƏSMİ QƏRAR
Azərbaycanda elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar zavod buraxılış tarixlərinə uyğun olaraq yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yük avtomobillərinə tətbiq olunan idxal gömrük rüsum dərəcəsinin 01.01.2028 tarixinədək 0% təyin edilməsi (mövcud rüsum dərəcəsi 5%-dir) ilə ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul edilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu qərar qiymətləri alıcının xeyrinə dəyişdirəcək:
"Əvvəlki qərarlarla ölkəyə idxal olunan elektrik mühərrikli minik avtomobilləri həm gömrük, həm də vergidə rüsumlardan artıq azad edilib. İndi də elektrik mühərrikli yük maşınlarının gömrük rüsumlarından azad olunması həmin avtomobillərin ölkə daxilində qiymətinin həm sahibkarlar, həm də vətəndaşlar üçün daha əlçatan edir. Təbii ki, rüsumlardan azadolma varsa, qiymət alıcının xeyirinə dəyişəcək. Həmçinin ölkənin avtomobil parkında elektrik mühərrikli nəqliyyat vasitələrinin payını artıracaq".
Ekspert qeyd edib ki, ilin sonunadək paytaxtda elektrobusların sayının artımı da gözləniləndir:
"Məlum olduğu kimi, minik avtomobilləri ilə yanaşı, paytaxt Bakıda ictimai nəqliyyatda da elektrobuslar artıq istismar olunur. Ölkəmizə 161 ədəd elektrobus gətirilib. Bu ilin sonunadək isə təxminən 200-250 ədəd yeni elektrobusun istehsalı gözlənilir. Bu ondan xəbər verir ki, Azərbaycan atmosferə buraxılan zəhərli qazlarının miqdarının azaldılması, o cümlədən, karbon qazı tullantılarının qarşısını almaq üçün tədbirlərin görülməsinə sadiqdir. Əsas prioritetlərdən biri, ölkənin ekosisteminin yaxşılaşdırılmasıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1479 Tarix: 09 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)
Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç
11 sentyabrNikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə
10 sentyabrSüni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR
"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur
11 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabrŞuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabrUniversitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabr