Smartfon batareyasının ömrünü uzatmaq üçün necə şarj etməliyik?

Smartfon batareyasının ömrünü uzatmaq üçün necə şarj etməliyik?Smartfonlarda istifadə olunan Li-ion və Li-Pol batareyalar zamanla öz tutumunu itirərək sürətlə boşalır. Yeni cihazlarda tam şarj batareya bütün günü təmin etsə də, 2-3 ildən sonra cihazı gün ərzində bir neçə dəfə şarj etmək lazım gəlir. Batareyanın təbii şəkildə zəifləməsini tamamilə qarşısını almaq mümkün olmasa da, bəzi qaydalara riayət edərək bu prosesi yavaşlatmaq olar.

BAKU.WS həmin tövsiyələri təqdim edir.

Temperatur nəzarəti:
Həm çox soyuq, həm də yüksək temperatur batareyanın ömrünü qısaldır. Soyuq mühitdə şarj zamanı lithium ionlarının anoda yapışaraq normal işini poza bilməsi, isti şəraitdə isə kimyəvi proseslərin sürətlənməsi müşahidə olunur. Optimal şarj temperaturu otaq şəraiti, yəni təxminən 20°C-dir.

Batareya səviyyəsinin qorunması:
Tamamilə boşalma və ya tam şarj vəziyyəti batareyaya mənfi təsir göstərir. Bir çox smartfon istehsalçısı (məsələn, iPhone, Google Pixel, Sony Xperia) batareyanın ömrünü uzatmaq məqsədilə avtomatik 80%-ə qədər şarj məhdudiyyəti tətbiq edir. Bu üsul batareyanın maksimum gərginliyə uzun müddət məruz qalmasının qarşısını alır.

Orijinal və sertifikatlı şarj cihazlarından istifadə:
Yüksək keyfiyyətli şarj adapterləri düzgün cərəyan və gərginlik təmin edir, bu da cihazın batareyasının zədələnməsinin qarşısını alır. Keyfiyyətsiz adapterlər həm də özləri istilik problemi yarada bilər.

Sürətli şarj funksiyasından ehtiyatlı istifadə:
Sürətli şarj rahat olsa da, batareyanın daha yüksək istiləşməsinə və dolayısıyla sürətli aşınmasına səbəb olur. Gündəlik istifadə üçün daha aşağı güclü adapterlər (10–15 W) seçilərsə, batareya ömrü uzana bilər.

Mütəxəssislər bildirir ki, bütün qaydalara dəqiq riayət edilməsə belə, batareyanın ciddi performans düşüşü 1-2 il ardıcıl istifadədən sonra nəzərə çarpır. Əsas diqqət isə ekstremal şərtlərdən, xüsusilə soyuq mühitdə şarjdan qaçınmaqdan ibarətdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1117   Tarix: 10 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr