"İsveç parlamentinin qəbul etdiyi bəyanat erməni separatçılarının törətdiyi cinayətləri təmizə çıxarmaq üçün növbəti cəhddir" - Deputat
"İsveç parlamentinin "İsveç-Ermənistan dostluq qrupu" kimi bu il martın 6-da qəbul etdiyi bəyanat əsassız və qərəzlidir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bəyanatda yer alan saxta məlumatlar və yalan ittihamlar tarixi və reallığı təhrif etməkdən başqa bir şey deyil:
"İsveç parlamentinin bu addımı dövlətimizin suverenliyini şübhə altına almaq, erməni separatçılarının və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq üçün göstərilən növbəti rüsvayçı bir cəhddir. Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalını, dinc azərbaycanlı sakinlərə qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik təmizləmələrin və insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulmasını görməməzliyə gələn İsveç parlamentinin belə bir bəyanat qəbul etməsi bizi təəccübləndirmədi. 30 illik işğal dövründə erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklər, Xocalı soyqırımına, günahsız insanları, o cümlədən uşaqları, qadınları və qocaları dözülməz işgəncələr verərək qəddarcasına qətlə yetirməsinə səssiz qalanların insan haqllarından danışması gülünc görünür. Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət olaraq ağır cinayətlər, o cümlədən separatizm cinayətləri, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, ölkəmizə və vətəndaşlarımıza qarşı terror aktları törətmiş şəxsləri təqib etməyə, qanunla cəzalandırmağa tam qanuni hüququ var.
Bəyanatda erməni məhbusların, o cümlədən siyasi xadimlərin və mülki şəxslərin qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi, cismani və psixoloji işgəncələrə və siyasi təqiblərə məruz qoyulması" kimi əssasız ittihamlar torpaqlarımızı işğal altında saxlayan, etnik təmizləmələr yolu ilə 750 min azərbaycanlının öz vətənində didərgin salan, eləcə də mili, mədəni və tarixi mirasının sistemli şəkildə məhv edilməsi üçün məsuliyyət daşıyan şəxslərin əməllərindən diqqəti yayındırmaqdır".
Deputat vurğulayıb ki, İsveç-Ermənistan dostluq qrupu üzvlərinin riyakarlığı qəbuledilməzdir:
"Bu bəyanatda digərləri kimi kağız parçasından başqa bir şey deyil. Vətən müharibəsindən sonra ölkəmiz əlehinə qəbul edilənb bəyanatlar 30 illik işğal dövründə erməni qüvvələrinin zülmündən zərər çəkmiş minlərcə azərbaycanlı dinc sakinin, o cümlədən aqibəti bu günədək məlum olmayan 4 min itkinin taleyinin görməzdən gəlinməsini bir daha sübut edir. 4 il ərzində Azərbaycana qarşı başadılan qarayaxma kampaniyalar, qərəzli bəyanatlar ikili standartlara əsaslanan selektiv və qərəzli yanaşma siyasi manipulyasiyalar yolu ilə Azərbaycanı qaralamaqdan ibarət olduğunu nümayiş etdirir. Bəyanatda müharibə canilərinin və separatçıların məsum "siyasi xadimlər və mülki şəxslər" kimi qələmə verilməsi faktların həyasızcasına təhrif edilməsidir.
Hazırda məhkəməsi davam edən şəxslər hərbi əsirlər deyil. Onlar Azərbaycan qanunlarını pozmuş cinayətkarlardır. Qanunları pozmuş cinayətkarlar da ədalətli, şəffaf məhkəmə araşdırması yolu ilə öz əməlləri üçün məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdırlar. Bu gün Azərbaycanın məhkəmə sistemi beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir və bunun əksinin iddia edilməsi iftiradan başqa bir şey deyildir.
Azərbaycan hər zama sülhün və sabitliyin tərəfdarı olub. Regionda gərginliyi artıran və düşmənçiliyi qızışdırmağa yönələn bütün addımları və qərəzli bəyanatları qətiyyətlə pisləyirik və bir daha bildiririk ki, heç bir xarici təhdid və müdaxilə bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzmimizə xələl gətirə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"