ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
Bu gün "Globus plasa"da, ARGTMŞ-ın konfrans zalında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının yaratdığı AzeArt.az saytının növbəti təqdimatı keçirildi. Sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılıb. Tədbirdə QHT, media nümayəndələri, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov bundan öncəki təqdimatın Mingəçevirdə reallaşdığını dedi: ""AzeArt" interaktiv məlumat mərkəzinin yaradılması layihəsi bizimçün çox önəmlidir. Biz innovativ informasiya mərkəzi olaraq milli-mədəni abidələrimizin kataloqunu yaratdıq. Eyni zamanda, saytı Mədəniyyət Nazirliyinin bəzi istiqamətlərinə uğurla inteqrasiya elədik. Hesab edirəm ki, bu layihə mədəniyyət sahəsinin, xüsusən də, milli-mədəni abidələrimizin təbliği baxımından olduqca zəruridir. Layihəmizi dəstəklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik".
Sonra Azərbaycan Mətbuat Şurası İH-nin üzvü, "YeniÇağ Media Group"un rəhbəri Aqil Ələsgər çıxış edərək qonaqları salamladı və layihənin gənclərin maarifləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını dedi.
Mətbuat Şurası İH-nin üzvü, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli isə çıxışında bu kimi həllərin gənclər üçün çox vacib olduğunu dedi. H.Heydərli bu layihənin beynəlxalq arenada təqdimatının vacib olduğunu dedi.
Azərbaycan Qan Donorları Assosiasiyası İH-nin sədri Fuad Rəsul çıxış edərək bu kimi layihələrin turizm imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb elədiyini dedi.
Sonra QHT sədri, "BİG Media Group"un rəhbəri Emil Əkbərov çıxış edərək bu kimi saytların dünyada çox istifadə olunduğunu dedi.
Manset.az saytının qurucusu və baş redaktoru Əli Vəliyev çıxışında saytın texniki tərəflərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi. Ə.Vəliyev milli-mədəni abidələrin yerləşdiyi ərazilərə qədər məsafələrin göstərilməsinin vacib olduğunu dedi.
Daha sonra QHT sədri Toğrul Allahverdili çıxış edərək bu saytın digər dillərə tərcümə olunmasının və Qərbi Azərbaycan bölməsinin əlavə edilməsinin vacibliyini qeyd etdi.
Məlumat üçün qeyd edək ki, sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, "SmartBee" şirkətinin texniki dəstəyi ilə yaradılıb. Layihənin rəsmi media tərəfdaşı "The Seven Media Group"dur.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 955 Tarix: 14 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabr