"Bu gün ölkəmizdə uşaq və gənclərin daha yaxşı şəraitdə inkişaf etməsi üçün hüquqi və sosial təminatlar yaradılıb" - Pərvanə Vəliyeva

"Bu gün ölkəmizdə uşaq və gənclərin daha yaxşı şəraitdə inkişaf etməsi üçün hüquqi və sosial təminatlar yaradılıb" - Pərvanə VəliyevaUşaqlar və gənclər cəmiyyətimizin ən qiymətli və gələcəyimizi formalaşdıran ən mühüm təbəqəsidir. Bu səbəbdən onların fiziki və mənəvi inkişafı dövlətin sosial siyasətində prioritet məsələlərdən biridir. Azərbaycanda uşaq və gənclərin sağlam və təbii inkişafını təmin etmək məqsədilə bir sıra mühüm addımlar atılmaqdadır. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə çoxsaylı sərəncam və fərmanlar imzalanmış, bununla da uşaq və gənclərin daha yaxşı şəraitdə inkişaf etməsi üçün hüquqi və sosial təminatlar yaradılmışdır.

Azərbaycanda uşaq və gənclərin fiziki inkişafı dövlətin diqqət mərkəzindədir. Uşaq və gənclərin sağlamlığının qorunması, onların fiziki təhsilinin təmin edilməsi, idmanla məşğul olmaları üçün infrastruktuların yaradılması bu istiqamətdə atılan mühüm addımlardandır. Dövlət tərəfindən həyata keçirilən idman proqramları və uşaq bağçalarından başlayaraq məktəblərdəki fiziki tərbiyə dərsləri, sağlam həyat tərzinin təbliği üçün keçirilən müxtəlif tədbirlər, gənclərin idmanla məşğul olmalarına dəstək verir.

2010-cu ildən etibarən müxtəlif idman infrastrukturunun yaradılması və yenilənməsi, xüsusilə yeni idman komplekslərinin tikilməsi və mövcud olanların təmiri gənclərin idmana cəlb edilməsi məqsədini güdür. Həmçinin, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla idman sahəsindəki uğurlar beynəlxalq arenada da daha çox tanınmış və ölkəmizdə idmançıların yetişməsi üçün şərait yaradılmışdır.

Mənəvi inkişaf gənclərimizin yalnız fiziki sağlamlığı ilə deyil, həm də əxlaqi dəyərləri ilə formalaşır. Azərbaycan dövləti xüsusilə gənclərin mənəvi inkişafını təmin etmək məqsədilə təhsil sistemində bir sıra islahatlar həyata keçirir. Bu islahatlar çərçivəsində müasir təhsil proqramları gənclər üçün fərqli təlim və təhsil imkanları yaradılır. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar təhsil sisteminin təkmilləşdirilməsi və gənclərə müasir bilik və bacarıqların qazandırılması istiqamətində mühüm addımlar atılmasına şərait yaradıb.

Gənclərin intellektual inkişafını təmin etmək üçün dövlət universitetlər və digər təhsil müəssisələri ilə əməkdaşlıq edir, beynəlxalq təcrübələrə uyğun olaraq müasir tədris metodlarını tətbiq edir. Bu sahədə atılan addımlar gənclərin daha geniş dünyagörüşünə sahib olmalarına və milli dəyərlərə sadiq qalmalarına imkan verir.

Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncam və fərmanlar, uşaq və gənclərin fiziki və mənəvi inkişafına böyük töhfə verir. 2002-ci ildə qəbul edilmiş "Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikası qanunu ilə dövlət gənclər siyasəti qanunla tənzimlənməyə başlamışdır.

"2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası"nın məqsədlərinə nəzər salsaq burada da gənclərin maarifləndirilməsindən tutmuş onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb. Bu gənclərin cəmiyyətə inteqrasiyasını və onların potensialının üzə çıxarılmasını təmin edən mühüm bir addım idi. Bu fərmanla gənclər üçün yeni proqramların yaradılması və onları müxtəlif sahələrdə daha fəal iştirak etməyə təşviq edən tədbirlər həyata keçirilmişdir.

Uşaq hüquqlarının qorunması da Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin 2020-ci ildə "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uşaqların təhsili, sağlamlığı, əyləncəsi və hüquqlarının qorunması məsələləri həm beynəlxalq, həm də milli hüquq çərçivəsində tənzimlənir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1235   Tarix: 15 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr