Üç il aliment ödəməyən kişi HƏBS EDİLDİ
Lerikdə aliment borcunu ödəməyən ata həbs edilib.
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, rayonun Zərdəbərə kənd sakini 11100 manat aliment borcunu ödəməkdən imtina etdiyi üçün məhkəmənin qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, kənd sakini 2018-ci ildən üç övladının hər birinə 100 manat olmaqla 300 manat aliment verməli idi.
O, istintaq dövründə ümumi borcunun 400 manatını ödəyib.
Sözügedən şəxs 2023-cü ildə səkkiz gün müddətinə inzibati qaydada həbs edilib, məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunub və ölkədən çıxışına qadağa qoyulub.
Ümumilikdə atanın 11 min manat borcu yaranıb, amma o, bu məbləği ödəyə bilməyib.
Yekun nəticədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 867 Tarix: 04 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbdə "TikTok"un yaratdığı təhlükələrin qarşısını necə alaq? - AÇIQLAMA
Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə məktəblilərin bu platformalardan istifadəsi ciddi müzakirə mövzusudur. Xüsusilə "TikTok" kimi qısa video platformaları uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Bununla yanaşı, təhlükəli çağırışlar, zorakılı
12 iyun"Bir plus" mağazasından şikayət: Nasaz məhsullar satılır?
1200 manata arzusunda olduğu robot tozsoranı aldı. Amma, sevinci çox çəkmədi. XALQ xəbər verir ki, Şəlalə Ağaşirinovanın sözlərinə görə, 10 gün sonra mağazadan məlumat verilib ki, servis heç bir problem aşkarlamayıb. Məhsul normal işləyir, gəlib təhvil götürsün. Məsələ ilə əlaqədar "bir plus"
11 iyunQəfil ölən keçmiş səfir tanınmış şəxsin QARDAŞI İMİŞ - FOTO
Ötən gün qəfil dünyasını dəyişən Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun hansı tanınmış şəxsin qardaşı olduğu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, o, xarici işlər nazirinin sabiq müavini Ramiz Həsənovun qardaşı imiş. 10:54. Azərbaycanı
12 iyun