Tovuzda yaşayış binasında yanğın QƏSDƏN TÖRƏDİLİB? - Xəsarət alan var
Tovuz rayonunda yaşayış binasında baş verən yanğınla bağlı bəzi detallar məlum olub.
Oxu.Az xəbər verir ki, yanğının baş verdiyi mənzil Sinəxanım Həsənovaya məxsusdur.
Hadisəni S.Həsənovanın oğlu Firdovsi Həsənovun qəsdən törətdiyi ehtimal edilir.
İddiaya görə, F.Həsənov hadisəni törədən zaman spirtli içkinin təsiri altında olub.
Onu intihar məqsədilə yaşadığı mənzili yandırdığı bildirilir. Firdovsi Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Fövqəladə Hallar Nazirliyi Tovuzdakı yanğınla bağlı geniş məlumat yayıb.
Oxu.Az xəbər verir ki, FHN-in Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir:
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, Vaqif küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı köməksiz vəziyyətdə qalmış dörd nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas olunub, yeddi nəfər təhlükəsiz əraziyə təxliyə edilib, xəsarət almış bir nəfər isə təcili tibbi yardım briqadasına təhvil verilib", - deyə məlumatda vurğulanır.
Tovuz şəhəri, Vaqif küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların son durumu da açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 4-ü, saat 13:00-da Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə doqquz nəfər (beşi kişi, dördü qadın cinsli olmaqla) hospitalizasiya edilib.
"Onlardan üçü azyaşlıdır. Xəstələrə zəruri tibbi yardım göstərilib. Bir nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə kafi qiymətləndirilir", - deyə məlumatda bildirilir.
13:06
Tovuz rayonunun Tovuz şəhəri ərazisində yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, yanğın beşmərtəbəli binada qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə söndürülüb.
"İlkin məlumata görə, dörd nəfər xilas edilib, bir nəfər xəsarət alıb. Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 826 Tarix: 04 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr