Deputatın şirkəti qüsurlu mebel satıb (RƏSMİ)
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən mebel istehsalı ilə məşğul olan "Embawood" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə Sonxeber.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət qüsurlu malın geri qaytarılmasından imtina edib və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib, bununla da, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci bəndinə (Satılmış malların dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması) və 447.0.9-cu bəndinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) xətalar törədib.
Qeyd edək ki, "Embawood" şirkəti deputat Məşhur Məmmədovun biznes strukturu kimi tanınır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1161 Tarix: 04 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbdə "TikTok"un yaratdığı təhlükələrin qarşısını necə alaq? - AÇIQLAMA
Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə məktəblilərin bu platformalardan istifadəsi ciddi müzakirə mövzusudur. Xüsusilə "TikTok" kimi qısa video platformaları uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Bununla yanaşı, təhlükəli çağırışlar, zorakılı
12 iyun"Bir plus" mağazasından şikayət: Nasaz məhsullar satılır?
1200 manata arzusunda olduğu robot tozsoranı aldı. Amma, sevinci çox çəkmədi. XALQ xəbər verir ki, Şəlalə Ağaşirinovanın sözlərinə görə, 10 gün sonra mağazadan məlumat verilib ki, servis heç bir problem aşkarlamayıb. Məhsul normal işləyir, gəlib təhvil götürsün. Məsələ ilə əlaqədar "bir plus"
11 iyunQəfil ölən keçmiş səfir tanınmış şəxsin QARDAŞI İMİŞ - FOTO
Ötən gün qəfil dünyasını dəyişən Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun hansı tanınmış şəxsin qardaşı olduğu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, o, xarici işlər nazirinin sabiq müavini Ramiz Həsənovun qardaşı imiş. 10:54. Azərbaycanı
12 iyun