MN-də bir milyon manatdan çox mənimsəmə faktı: Pulu Almaniyadan qardaşının göndərdiyini demişdi

MN-də bir milyon manatdan çox mənimsəmə faktı: Pulu Almaniyadan qardaşının göndərdiyini demişdiMüdafiə Nazirliyinin (MN) tabeliyindəki hərbi hissədə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Belə ki, şahid qismində ifadə verənlərdən biri də təqsirləndirilən şəxsin bacanağı Soltan Soltanlı olub.

O deyib ki, Vahid Novruzlu ondan bank rekzivitlərini istəyib:

"Vahid qardaşının Almaniyadan pul göndərəcəyini və hərbi qulluqçu olduğu üçün o qədər pulu kartına qəbul edə bilməyəcəyini dedi. Ona görə də bank rekzivitlərini ona göndərdim. Kartıma 3150 manat pul köçdü. Pulu nağdlaşdıraraq Vahidə verdim".

Prosesdə ifadə verən müttəhimin qaynı Nicat Vəlizadənin sözlərinə görə, Vahid Novruzlu onu hərbi hissənin hospitalında qazanxanaya mülki işçi kimi işə düzəldib:

"Qazanxanada mülki işçi kimi çalışırdım. Vahid bir gün mənə dedi ki, sənin kartına pul gələcək, onu nağdlaşdırıb mənə verərsən. Mən də hesabıma gələn 3917 manat pulu nağdlaşdırıb ona verdim".

Şahid Eşqin Həsənovun sözlərinə görə, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə maliyyə xidmət rəisinin köməkçisi vəzifəsində işləyir.

"Vahid Novruzlu mənim bölmə rəisim olub. Sözügedən məsələdən xəbərim olmayıb. O, mənə qardaşının Almaniyadan pul göndərəcəyini bildirərək Şaiq Bayramovun kart məlumatlarını almağımı istədi. Mən də həmin hesabdan 2 min 633 manat pul çıxarıb Vahid Novruzluya verdim".

Şahid Füzuli Ələkbərli deyib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində mühasib vəzifəsində işləyir. Şahidin sözlərinə görə, tanışı Elşən Salamov zəng edərək onun kartına pul göndərildiyini deyib.

"Kartıma 3 min manat pul gəlmişdi. Mən də həmin pulu Elşənin kartına göndərdim. Bu pulun Vahid Novruzluya çatacağını bilmirdim", - şahid deyib.

Dövlət ittihamçısı şahidə bu pulların haradan gəlməsi ilə bağlı Elşən Salamovdan hər hansı bir məlumat alıb-almadığını soruşub. Şahid Füzuli Ələkbərli deyib ki, Elşən Salamov onun tanışı olduğu üçün bir neçə dəfə kartına pul gəlib və ondan bu pulların haradan gəldiyini soruşmayıb.

Daha sonra bir neçə şahidin məhkəməyə ünvanladığı müraciət elan olunub. Onlar prosesə gələ bilməyəcəklərini və ibtidai istintaqa verdikləri ifadələrini təsdiqlədiklərini bildiriblər.

Təqsirləndirilən şəxs sözügedən şahidlərin prosesə gəlməməsinə etiraz etməyib və onların ibtidai istintaqa verdiyi ifadələri ilə razı olduğunu deyib.

Hakim Fikrət Əliyev deyib ki, şahidlər məhkəməyə çağırılıbsa, onların prosesdə iştirakı zəruridir. Belə ki, həmin şahidlərin prosesə məcburi gətirilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası aprelin 11-ə təyin olunub.

Qeyd edək ki, sabiq maliyyə xidmət rəisi barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Vahid Novruzlu müxtəlif yolarla işlədiyi bir hərbi hissədən 848 min 338 manat mənimsəyib.

İttihamda qeyd olunub ki, Vahid Novruzlu işlədiyi digər hərbi hissədə hərbi xidmətdə olmayan şəxslərin plastik kartlarına vəsait köçürüb. O həmin hərbi hissədən də müxtəlif yollarla 381 min 755 manat mənimsəməkdə təqsirləndirilib.

Təqsirləndirilən şəxs Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə DTX-nin apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

V. Novruzlu Müdafiə Nazirliyini mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1150   Tarix: 05 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr