"Almaniya prezidentinin ölkəmizə ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun sübutudur " - DEPUTAT

"Almaniya prezidentinin ölkəmizə ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun sübutudur " - DEPUTATAlmaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Beləki, Almaniya və Azərbayca arasında diplomatik münasibəltər 1992-ci ildə qurulmuşdur. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biridir. İki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi, mədəni, elmi və humanitar sahələrdə də əlaqələr müsbət dinamika izlənir. Şübhəsiz ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri iki ölkə arasında əlaqələrə yeni müsbət təkan verəcəkdir.

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Eyni zamanda Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Millət vəkili T.Cəfərova xatırladıb ki, cənab Prezident İlham Əliyev Almaniya prezidentinin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında iki ölkə arasında inkişaf edən əlaqələrin əhəmiyyətini xüsusi qeyd edərək deyib: "Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir".

Bir daha vurğulamalıyıq ki, Almaniya prezidentinin ölkəmizə ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun əyani göstəricisidir. Bu səfər əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək inkişafına təkan verməklə yanaşı, iki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsində mühüm rol oynayacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 626   Tarix: 04 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr