Azərbaycanlı qız niyə intihar edib? - Dayısı danışdı
Aprelin 1-də Tbilisidə özünü Kür çayına atan Qardabaninin Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın axtarışları heç bir nəticə verməyib.
Sonxeber.az xəbər verir ki, bu barədə Teleqraf.az-a qızın dayısı Rəsul Ömərov məlumat verib.
O, axtarış tədbirlərinin səviyyəsindən narazılıq ifadə edib:
"Bizə heç bir dəstək göstərilmir. Qohumlarımızla, uşaqlarla və kənd camaatı ilə birgə Kürün çayının sahilboyu Aytacı axtarırıq. Axtarışa Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin yalnız bir qayığı cəlb olunub ki, o da hadisə baş verən ərazidə fırlanır, çayboyu isə heç bir axtarış aparmır. Biz özümüz Tbilisidən Qırmızı körpüyə qədər çayın kənarlarında gəzib axtarırıq. Bəzi ərazilərə girişə icazə verilmir. Çox çətin vəziyyətdəyik, Azərbaycan və Türkiyədən kömək istəyirik. Axtarış-xilasetmə tədbirlərinə nə dron, nə də vertolyot cəlb olunub. Yeganə istəyim Aytacın meyitini tapıb torpağa tapşırmaqdır".
Aytacın mümkün intihar səbəbinə gəlincə, R.Ömərov qızın ailəsində hər hansı bir problemin olmadığını deyib:
"Təhlükəsizlik kameralarındakı görüntülərdən də məlum olub ki, Aytac özünü Kür çayına atıb. Mən hər gün Aytacla danışırdım, onun düşüncələri və qayğıları ilə maraqlanırdım. Tbilisidə universitetdə təhsil alırdı, şəhərdə kirayədə qalırdı. Aprelin 1-də Tbilisidə rəfiqəsinin ad günü məclisində iştirak edib. Mərasimdən çıxandan sonra anasına "Ana, özünə yaxşı bax" məzmununda vida mesajı yazıb və sonra özünü çaya atıb. Ehtimal edirəm ki, məclisdə Aytacın ya xətrinə dəyiblər, ya da nəsə bir xoşagəlməz hal olub ki, qız intihara qərar verib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1654 Tarix: 08 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabr