Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Şamaxılı Cavid" kabusu -İLGİNC FAKTLAR
Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə bağlı şikayətlərin ardı-arası bitmir. Qanunsuz tikinti icazələrindən tutmuş büdcə talanına, məmur süründürməçiliyindən tutmuş tender maxinasiyalarına qədər ən müxtəlif qanun pozuntusu bu qurumun gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib.
Burada baş verənlərlə bağlı redaksiyamıza daxil olan məlumata görə, Ramin Abdullayevin rəhbərlik etdiyi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin korrupsiyalaşmış məmurlarından biri də sədrin xüsusi etimadını qazanan Cavid adlı şəxsdir. Yaxın çevrəsində "dollar Cavid" kimi tanınan, əslən Şamaxıdan olan bu şəxsin sözügedən ləqəbi onun dollara olan hədsiz sevgisi ilə bağlıdır. Mənbənin bildirdiyinə görə, Cavid adlı şəxs bir müddət gəlirli işlərdən uzaq saxlanılıb və bu dövrdə Ramin Abdullayevə qarşı qara piar kampaniyası təşkil edib. Mətbuatdakı emissarları vasitəsi ilə, Arxitektura və Şəhərsalma Komitəsi və Ərazi Tikinti Planlaşdırma Mərkəzi haqqında tənqidi materiallar təşkil edən "Şamaxılı Cavid"in AAF parkdakı qalmaqallı tikinti və bir çox bu kimi faktları mətbuata ötürdüyü bildirilir. Bu prosesdən sonra özünün idarədəki mövqelərini möhkəmlədən Cavid müəllim qısa müddətdə səs-küylü layihələrə imza atıb. Bununla bağlı mənbənin AzToday.org-a bildirdiyinə görə Sumqayıt bulvarında, Biləcəri qəsəbəsində və bu günlərdə Əcəmi metrostansiyası yaxınlığındakı ağac kəsilməsi ilə müşayət olunan qanunsuz tikililərin xeyir-duasını məhz Cavid müəlim verib.
Əmlak komitəsində yüksək vəzifə sahibləri ilə əlaqələr quran bu bacarıqlı məmur iş adamlarının qanunsuz tikililərinə qanun donu geyindirməklə milyonlar qazana bilir. Cavid adlı bu şəxs verdiyi bütün qanunsuz tikinti icazələrinə, habelə göz yumduğu qanunsuz tikililərə görə istədiyi rüşvəti manatla deyil, məhz dollarla tələb edir. Onun 621 avtomobil seriyasına isə marağı ayrıca bir mövzudur./Yenixeber.org
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı