Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandıHesablama Palatası Azərbaycan Kosmik Agentliyi (AZƏRKOSMOS) tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğuna dair audit aparıb.

Bu barədə XALQ.AZ-a Palatadan bildirilib.

Məlumata görə, audit 2022-2023-cü illәri əhatə edib.

Auditin nəticələrinə görə, Agentlik tәrәfindәn 2022-ci ildә "әmәliyyat" vә "maliyyәlәşdirmә" fәaliyyәtlәri üzrә müvafiq olaraq 3089,0 min manat vә ya 10,0% vә 4078,2 min manat vә ya 6,0% çox, "investisiya fәaliyyәti" üzrә isә 4627,2 min manat vә ya 45,0% az, 2023-cü ildә "әmәliyyat" vә "maliyyәlәşdirmә" fәaliyyәtlәri üzrә müvafiq olaraq 4053,6 min manat vә ya 12,0% vә 33831,1 min manat vә ya 63,0% çox, "investisiya fәaliyyәti" üzrә isә 3226,0 min manat vә ya 54,0% az olmaqla tәsdiq olunmuş smetadan kәnar xәrc icra edilmişdir.

Agentlikdә 2022-ci ildә 9605,8 min manat mәblәğindә 61 müqavilә, 2023-cü ildә 10393,9 min manat mәblәğindә 94 müqavilә bir mәnbәdәn satınalma metodu tәtbiq edilmәklә bağlansa da, "Dövlәt satınalmaları haqqında" Qanunun tәlәblәrinә riayәt edilmәyәrәk ehtimal olunan qiymәtlәr Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 18.03.2019-cu il tarixli 106 nömrәli Qәrarı ilә tәsdiq edilmiş "Malların (işlәrin vә xidmәtlәrin) ehtimal olunan qiymәtlәrinin hesablanması Üsulları"na uyğun hesablanmamışdır.

Eyni zamanda, Qanunun tәlәblәri gözlәnilmәyәrәk 2022-ci ildә 15 halda 945,3 min manat, 2023-cü ildә 19 halda 2229,9 min manat mәblәğindә müqavilәlәr müvafiq satınalma metodu (açıq tender) tәtbiq edilmәdәn birbaşa bağlanılmış, 2023-cü ildә 1 halda әsas şәrtlәr toplusunda müәyyәn edilmiş ixtisas uyğunluğuna bir sıra parametrlәr üzrә cavab vermәyәn podratçı ilә 110,0 min manat mәblәğindә satınalma müqavilәsi bağlanılmışdır. 2022-2023-cü illәrdә 4 halda iş vә xidmәtlәrin hәcminin çox (tәkrar) göstәrilmәsi nәticәsindә icraçılara müvafiq olaraq 28,9 min manat vә 366,8 min manat artıq vәsait ödәnilmiş, 2022-ci ildә 15 halda 7315,5 min manat vә 2023-cü ildә isә 21 halda 6827,7 min manat mәblәğindә bağlanılmış satınalma müqavilәlәri üzrә icraçılardan satınalma müqavilәsinin yerinә yetirilmәsi tәminatı tәlәb olunaraq alınmamış, müqavilәdә nәzәrdә tutulmuş öhdәliklәrini müvafiq qaydada yerinә yetirmәdiyi halda Agentlik tәrәfindәn 2022-ci ildә 1 podratçıya 18,8 min manat, 2023-cü ildә isә 3 podratçıya 57,5 min manat mәblәğindә cәrimә sanksiyası tәtbiq edilmәmişdir.

2023-cü ildә keçirilmiş "Texniki personal üzrә xidmәtlәr"in elektron satınalma prosedurunun şәrtlәr toplusunda iddiaçıların müvafiq sahәdә peşәkarlığının, tәcrübәsinin, texniki vә maliyyә imkanlarının, işçi qüvvәsinin, idarәetmә sәriştәsinin, etibarlığının olmasına dair tәlәblәr qoyulmuş, hәmçinin Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinә әsasәn әmәyin mühafizәsi normalarının vә qaydalarının yerinә yetirilmәsinә bilavasitә cavabdehliyin işә götürәn vә işçi arasında tәnzimlәndiyi qeyd olunmuşdur. Lakin personalın texniki tәhlükәsizliklә bağlı tәlim vә s. (SӘTӘM xidmәtlәri) xәrclәri tәrәflәr arasında bağlanmış satınalma müqavilәsinә daxil edilәrәk tәhvil-tәslim aktlarına әsasәn 4 ay üzrә icraçıya 23,5 min manat (ӘDV daxil) әlavә vәsait ödәnilmişdir.

Qeyd edək ki, 2021-ci ildən 2025-ci ilin mart ayınadək Saməddin Əsədov Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri olub. Ötən ay Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1405   Tarix: 18 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Torpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA

Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid

11 sentyabr
.

31° isti... - Sabahın havası

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

10 sentyabr
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11 sentyabr
.

Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"

Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy

10 sentyabr
.

Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub

11 sentyabr
.

Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarını

11 sentyabr
.

Qarabağdan dünyaya verilən mesaj: Diplomatik korpus Azərbaycanın quruculuq reallıqlarını yerində görür

Hikmət Hacıyevin müşayiəti ilə keçirilən səfər Qarabağ və Şərqi Zəngəzurun yeni reallıqlarının beynəlxalq ictimaiyyətə nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb

11 sentyabr
.

Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur

Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al

11 sentyabr
.

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var

11 sentyabr