Nuridə Allahyarova "Yeni Klinika"dan getdi
"Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova vəzifəsindən ayrılıb.
"Qafqazinfo" xəbər verir ki, N.Allahyarova bu barədə sosial şəbəkə hesabında məlumat verib.
"Əziz dostlar! Yeni Klinika ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim-ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa, üzr istəyirəm, mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbirlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və Yeni Klinika komandasına təşəkkür edirəm.
Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil-onu Yeni Klinikada müalicə edəcəklər, qorxulu olan ədalətsizlikdir - onun müalicəsi yoxdur", - N.Allahyarova bildirib.
Qeyd edək ki, o, 2023-cü ildən bu vəzifədə çalışırdı. Daha əvvəl dövlət qurumlarında və televiziya kanallarında müxtəlif vəzifələrdə çalışıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1655 Tarix: 18 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabr