9-cu sinifdən sonra kollec oxuyan gənclər niyə iş tapmaqda çətinlik çəkir? - AÇIQLAMA

9-cu sinifdən sonra kollec oxuyan gənclər niyə iş tapmaqda çətinlik çəkir? - AÇIQLAMAAdətən 9-cu sinifdən sonra kollec oxuyan gənclər niyə iş tapmaqda çətinlik çəkir. Bəs görəsən bunun səbəbi nədir?

Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib:

"İlk növbədə qeyd edim ki, 9-cu sinifdən sonra kollecə gedən gənclərin iş tapmaqda çətinlik çəkməsinin bir neçə əsas səbəbi var. Bu çətinlik təkcə fərdi bacarıqsızlıqdan yox, həm də struktur problemlərdən qaynaqlanır.

Birinci və əsas səbəb kolleclərin təhsil proqramlarının əmək bazarının real tələbləri ilə uyğun gəlməməsidir. Hazırda bir çox kollec proqramları illər öncə hazırlanmış, yenilənməyən və əmək bazarında artıq ehtiyac duyulmayan ixtisasları təklif edir. Məsələn, bəzi kolleclərdə "kitabxanaçılıq", "arxiv işi" kimi sahələr hələ də tədris olunur, amma bu sahələr üzrə dövlət və ya özəl sektor yeni kadr axtarmır. Nəticədə tələbə 2-3 il təhsil alsa da, əmək bazarında ona uyğun boş yer tapılmır.

İkinci səbəb işəgötürənlərin kolleclərə münasibətindəki neqativ stereotiplərlə bağlıdır. Azərbaycanda kollec diplomuna sahib olan şəxslər çox vaxt "orta səviyyəli", "ali təhsili olmayan" və "zəif hazırlıqlı" kimi qəbul olunur. Bu isə onların işə qəbul prosesində avtomatik şəkildə geridə qalmasına səbəb olur. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində — məsələn, Almaniya, İsveçrə və Avstriyada — peşə təhsili kollecləri yüksək prestijə malikdir və məzunlar üçün geniş iş imkanları yaradılır.

Digər səbəb odur ki, kollecdə oxuyan tələbələrin çoxu təcrübi bacarıqlar əldə etmir, yalnız nəzəriyyə ilə kifayətlənir. Halbuki kolleclərin əsas üstünlüyü praktiki bacarıqlar qazandırmaq olmalı idi. Real sektorda təcrübə proqramlarının çatışmazlığı, müəssisələrlə əməkdaşlığın zəif olması gənclərin iş mühitinə hazırlıqsız çıxmasına səbəb olur. Nəticədə işəgötürən təcrübəsiz şəxsi risk kimi görür.

Eyni zamanda, təhsil pilləsinin aşağı olması da əngəl yaradır. Məsələn, dövlət müəssisələrində bir çox vakansiyalara yalnız ali təhsilli şəxslər müraciət edə bilir. Kollec məzunu bu mərhələdə rəqabətə girə bilmir. Halbuki "Orta ixtisas təhsili haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, kolleclər də müəyyən peşə ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirməlidir, lakin bu qanunun icrası kağız üzərində qalır.

Statistik göstəricilərə baxdıqda da bu mənzərə aydın görünür. Dövlət Statistika Komitəsinin son illərdə verdiyi məlumatlara görə, kolleci bitirənlərin işə düzəlmə faizi ali təhsilli şəxslərlə müqayisədə 2-3 dəfə aşağıdır. Bu isə həm də onların əmək haqqı səviyyəsinə təsir edir — kollec məzunları əsasən daha az maaşlı və sosial təminatı zəif işlərdə çalışır.

Nə dəyişməlidir? Birincisi, kolleclər əmək bazarına uyğun ixtisaslar üzrə tədris proqramları hazırlamalıdır. İkincisi, kollec-müəssisə əməkdaşlığı gücləndirilməli, məcburi istehsalat təcrübəsi tətbiq olunmalıdır. Üçüncüsü, kollec təhsili sonrası gənclərə əlavə sertifikat proqramları və ya ali təhsilə keçid imkanları tanınmalıdır. Dördüncüsü, işəgötürənlərin kolleclərə yanaşması dəyişdirilməli, dövlət bu istiqamətdə stimullaşdırıcı siyasət həyata keçirməlidir.

Əgər bu problemlər aradan qaldırılmasa, 9-cu sinifdən sonra kollecə gedən gənclərin gələcəklə bağlı tərəddüdləri daha da artacaq və bu təhsil pilləsi getdikcə daha da cazibəsini itirəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2911   Tarix: 18 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr