Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...

Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma..."Azərbaycanda daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur". Bunu mətbuata açıqlamasında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib. O bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi sayılır. Bununla əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur. Bu sığorta növü üzrə beynəlxalq təcrübəyə əsaslanmaqla yeni konsepsiya hazırlanıb və aidiyyəti hüquqi aktların tərtib olunması üzrə işlər davam etdirilir.

Son dövrlər daşqın, sel, meşə yanğınları, zəlzələlər, həmçinin bir sıra kütləvi tələfatlara və maddi ziyana səbəb olan təbii fəlakətlərin sayının artması ilə Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortasını yenidən gündəmə gətirib. Məlumdur ki, əslində bu, "İcbari sığorta haqqında" qanunda yer alır, amma tətbiq olunmur. Hətta bir neçə il öncə qanunun tətbiq ediləcəyi, sığorta olunmayanaların cərimlənəcəyi barədə xəbərlər yayılsa da, tətbiq edilmədi.

Maraqlıdır, nə üçün yaşadığımız mənzilləri sığorta etməkdə çətinlik çəkirik? Ümumiyyətlə, bu sahədə problemlər nədir? Yeni konsepsiya bu istiqamətdə nələri dəyişə bilər?

Sığorta eksperti İlkin Nəcəfov bildirdi ki, daşınmaz əmlakın icbari sığortası da qanuna əsasən, icbari qaydada edilməlidir: "Katastrofik risklər dedikdə təbii fəlakətlər, yanğınlar, partlayışlar, ildırım vurması, zəlzələ kimi hadisələr nəzərdə tutulur. Hər bir əmlak - yaşayış, qeyri-yaşayış sahəsi icbari qaydada sığortalanmalıdır. Hazırda sakinlər bunu etməkdə maraqlı deyillər. Çünki cərimə mexanizminin işlək protokolu yoxdur. Bu cərimə mexanizmini həyata keçirəcək müvafiq icra hakimiyyəti orqanı təyin edilməyib. Qanun var, amma qanunun icrası ilə bağlı cərimə mexanizmi olmadığı üçün əhali də əmlakını sığortalamır".

Qeyri-yaşayış sahələri üzrə əhatə dairəsi 100 faizə yaxındır

Mütəxəssis deyir ki, hazırda əmlaklarını sığortalayanlar daşınmaz əmlakla bağlı notariusda, dövlət orqanlarında əqdlər həyata keçirənlərdir: "Qeyri-yaşayış sahələrində icbari sığorta üzrə bazarın əhatə göstəricisi demək olar ki, 100 faizə yaxındır. Çünki icbari sığortası olmayan qeyri-yaşayış sahələri Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən cərimələnir. Amma yaşayış sahələrində bu mexanizm yoxdur. Mərkəzi Bank bununla bağlı iş aparır, müvafiq icra hakimiyyəti orqanının cərimə protokolu hazır olandan sonra bu sığortanın tətbiqi həyata keçiriləcək".

Əvvəlki illərlə müqayisədə 2-3 dəfə azalıb

Əmlak eksperti Elnur Azadov isə deyir ki, iki il öncə bu sahədə maaifləndirmə aparılır, cəmiyyətdə maraq oyanırdı. İndi isə vəziyyət dəyişib: "Ölkədə artıq bir neçə ildir ki, daşınmaz əmlakın icbari sığortası həyata keçirilir, bununla bağlı müvafiq qanunvericilik var. İlk illər bu barədə geniş müzakirələr aparıldı. Hətta sığorta olmadığı halda inzibati məsuliyyətə, cərimələrə cəlb olunma məsələsi də gündəmdə var idi. Bu səbəbdən 2022-2023-cü ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı xeyli sığorta müqavilələri bağlanıldı və bu sahədə inkişaf var idi. Lakin 2024-cü ildə proses yenidən səngidi. Vətəndaşlar sanki bunu unutdular. Ona görə də daşınmaz əmlakın icbari sığortası əvvəlki illərlə müqayisədə 2-3 dəfə azaldı".

Sığorta hadisələri az, risklər çox deyil

Əmlak eksperti deyir ki, daşınmaz əmlakda sığorta hadisələrinin sayı az olduğundan, risklər də çox deyil. Buna görə də vətəndaşlar əmlakını sığorta etməyə meyilli deyillər: "Bu sahənin inkişafı üçün ölkədə çox işlər görülməlidir. Məsələn, qeyri-rəsmi məlumata görə, 500 mindən çox müxtəlif daşınmaz əmlakın mülkiyyətləri tanınmır, yəni, qanunsuz tikililərdir. Hətta mənə görə bu rəqəm 700-800 mindir. Çünki 500 min yalnız Bakı ərazisindədir. Belə böyük həcmdə daşınmaz əmlakın amnistiyası olmalıdır. Bu istiqamətdə illərdir işlər aparılır, lakin hələ də nəticə yoxdur. Nə vaxt ki, ölkədə olan bütün daşınmaz əmlakların mülkiyyəti tanınacaq, bu sektorun inkişafı üçün daha çox iştirakçı cəlb olunacaq".

Hər hansı bədbəxt hadisə olarsa...

Mütəxəssisin sözlərinə görə, növbəti problem odur ki, ölkədə 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli köhnə bina var: "Onların da sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Onların içində xeyli sayda qəzalı və yarımqəzalı bina var. Bu, ciddi səbəbdir. Çünki sığorta şirkətləri qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar. Hər hansı bədbəxt hadisə olarsa, təbii ki, bunun da nəticəsi yaxşı olmayacaq".

Məlumat üçün bildirək ki, daşınmaz əmlakın icbari sığortası illik Bakı ərazisində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda 25 min manatdır. Digər yaşayış məntəqələrində bu məbləğ 15 min manat müəyyən olunub. ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 714   Tarix: 19 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr