Bu da məşhur restoranın mətbəxi... - Kütləvi zəhərlənmə buna görə olub
"Venesiya" şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.
AQTA-dan Sonxeber.az-a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra agentliyin müfəttişləri hadisə yerində olub.
Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.
Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, "Venesiya" şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.
Qeyd edək ki, "Qafqazinfo"da bu gün restoranlarda xoşagəlməz durumla bağlı yazı gedib. Həmin materialda "Venesiya"nın adı qeyd olunub və zəhərlənmə hadisəsi baş verməsinə baxmayaraq, səhəri gün digər məclisin keçirilməsi qınanılıb. Nəhayət bu gün - kütləvi zəhərlənmədən 11 gün sonra şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda avtomobil gözəllik salonuna girdi