Hindistan–Pakistan gərginliyi: Regional böhran, qlobal təhlükə - AÇIQLAMA

Hindistan–Pakistan gərginliyi: Regional böhran, qlobal təhlükə - AÇIQLAMA"Hindistanla Pakistan arasındakı gərginlik bütün dünya üçün çox ciddi risklər, təhlükələr ehtiva edir. Çünki nəzərə almaq lazımdır ki, həm dünyada əhali sayına görə bu iki ölkə ciddi resursa malikdir, həm də eyni zamanda hərbi sənaye məhsullarına görə Hindistan və Pakistanın qlobal sahədən böyük üstünlükləri mövcuddur. Hər iki dövlət nüvə ölkəsidir. Və əlbəttə ki, bütün bunlar dünya üçün baş verə biləcək Hindistan–Pakistan müharibəsinin çox böyük gərginliyə səbəb olması ilə bağlı narahatlıqlar yaradır".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, tez-tez Kəşmir böhranı səbəbindən bu iki ölkə qarşı-qarşıya gəlir:

"Digər bir məqam isə ondan ibarətdir ki, bu gün Kəşmir məsələsi ətrafındakı problem beynəlxalq hüquq baxımından lazımi qaydada həll edilmir və bu problemin həlli üçün hansısa dəstək göstərilmir. Böyük əhalisinin mütləq əksəriyyəti müsəlman olan Kəşmirin Hindistan tərəfindən Cammu–Kəşmir adlanan bölgəsi mövcuddur. Eyni zamanda Pakistan da Azad Kəşmir adlandırdığı hissəyə nəzarət edir. Tez-tez Kəşmir böhranı səbəbindən bu iki ölkə qarşı-qarşıya gəlir.

Lakin, Hindistan Pakistana qarşı ədalətsizliyin müxtəlif dövrlərdə davam etdirdiyi kimi, yenə də davam etdirir. Çünki Pakistanın özü terrorizmdən əziyyət çəkən bir ölkədir və hər zaman beynəlxalq birliyə, terrorizmə qarşı mübarizədə çağırışlar edib. Buna baxmayaraq, Pakistanın beynəlxalq terrora qarşı mübarizədə çağırışlarına adekvat reaksiyalar verilmir.

İndi Hindistanın turistlərə qarşı baş vermiş terror hadisəsindən yarım saat sonra, heç bir araşdırma etmədən, bunu Pakistanın üzərinə yıxmağa çalışması onu göstərir ki, Hindistan 2027-ci ildə keçiriləcək seçkilər öncəsi Pakistandan düşmən obrazını daha da radikallaşdırmaq və bundan istifadə edərək bunu bir müharibəyə çevirməyə çalışır.

Bu baxımdan da Hindistan və Pakistan arasında hansısa bir hərbi qarşıdurmanın baş vermə ehtimallarına qarşı qlobal aləm də tətikdə olmalıdır. Düşünmürəm ki, bu böyük çaplı müharibəyə səbəb ola bilər. Baxmayaraq ki, 1947-ci ildən bu yana Hindistan və Pakistan arasında 3 dəfə yeni eskalasiyalar olubdur. Amma hər bir halda kiçik lokal çarpışmalar belə bu coğrafiyanın imkanlarını nəzərə aldıqda böyük təlatümlər yaşada bilər".

Politoloq onu da vurğuladı ki, ölkəmiz istənilən halda bir qarşıdurmanın və aktiv savaş ritorikasının mövcud olmağını dəstəkləmir və dəstəkləməyəcək də:

"Azərbaycan beynəlxalq münasibətlər sistemində hansısa konfliktlərin olmasını istəmir. O baxımdan da Azərbaycan istənilən halda dünyada bütün konfliktlərin danışıqlar və sülh yolu ilə həllində maraqlıdır. Necə ki, Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayanda da biz heç vaxt hərbi ritorikanı birinci tutmamışıq, həmişə danışıqların, diplomatiyanın və sülhün gücünə inanmışıq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2468   Tarix: 01 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

İlham Əliyev: "Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb"

"Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, b

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib. "Biz sülh təkli

15 oktyabr