Bu məhsullar yüksək təzyiqə FAYDALIDIR
Hipertoniya – milyonlarla insanı təsir edən geniş yayılmış bir xəstəlikdir. Alimlər apardıqları yeni araşdırmada canlı bakteriyalarla zəngin qidaların və azhərəkətli həyat tərzinin yüksək təzyiqli insanlara təsirini araşdırıblar.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər ABŞ-nin Milli Sağlamlıq və Qidalanma Sorğusu (NHANES) məlumat bazasından istifadə ediblər. Araşdırmaya ümumilikdə 15 mindən çox hipertoniya xəstəsi daxil edilib.
Mütəxəssislərin fikrincə, steril və ya termik emaldan keçmiş məhsullarda canlı mikroorqanizmlər az olur. Ən çox canlı bakteriyalar isə adətən yoqurt və fermentasiya olunmuş tərəvəzlərdə aşkarlanır. Təzə qabıqlı meyvə və tərəvəzlərdə isə bu bakteriyaların miqdarı orta səviyyədə olur.
Araşdırmanın nəticələrinə görə, tərkibində canlı bakteriyalar olan məhsulları az istehlak edənlərdə ürək-damar xəstəliklərindən və digər səbəblərdən ölüm riski daha yüksəkdir. Belə qidaları daha çox yeyənlərdə isə bu risk əhəmiyyətli dərəcədə aşağı olur.
Bundan əlavə, gün ərzində oturaq vəziyyətdə beş saatdan az vaxt keçirən şəxslərdə ölüm riski ən aşağı səviyyədə qeydə alınıb. Beş-səkkiz saat və ya səkkiz saatdan çox oturanlarda isə bu risk təxminən eyni olub.
Hər əlavə oturaq saat ölüm riskini ümumi səbəblərdən 6%, ürək-damar xəstəliklərindən isə 6,5% artırır. Eyni zamanda, canlı bakteriyalarla zəngin məhsulların istehlakı bu riski azaltmaqda qoruyucu rol oynayır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı
Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü
20 sentyabrYüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
4 sentyabrHədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA
Son illər artıq çəki problemi yalnız qidalanma vərdişləri ilə deyil, həyat tərzi, stress, yuxu rejimi və müxtəlif sağlamlıq faktorları ilə də əlaqələndirilir. Bəzən insan az yediyini düşünsə də, çəkisi artmaqda davam edir. Bu isə artıq çəkinin arxasında başqa səbəblərin olub-olmaması sualını gündəm
8 sentyabrBədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
6 sentyabrPsixoloq seçimi edərkən bunlara diqqət etmək lazımdır - AÇIQLAMA
İnsanlar psixoloq seçərkən yalnız təhsilinə və iş təcrübəsinə deyil, tətbiq etdiyi metodların elmi əsaslarına, etik qaydalara əməl edib-etməməsinə və mütəxəssisin ixtisaslaşdığı sahəyə də diqqət yetirməlidirlər. Peşəkar psixoloqun fəaliyyətində məxfilik, düzgün qiymətləndirmə və müştərinin ehtiyacın
8 sentyabrBoyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18 sentyabrTəzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı
Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə
15 sentyabrXərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl
13 sentyabr