Xəzərdə yeni ada peyda oldu
Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşağı düşməsi nəticəsində yeni bir adanın meydana gəldiyini təsdiqləyiblər. Adaya hələlik hər hansı ad qoyulmayıb, lakin bu istiqamətdə iş aparılır.
Trend-in xəbərinə görə, bu haqda Rusiya KİV-ə Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
"REА-nın Okeanologiya İnstitutu, Oİ-nin Xəzər filialı və Astraxan Dövlət Qoruğunun birgə ekspedisiyası zamanı alimlərə Şimali Xəzərdə, Kiçik Mirvari adasından 30 km cənub-qərbdə yerləşən yeni bir adanın mövcudluğunu təsdiqləmək mümkün olub.
Əvvəlcə bu dayazlığın üzə çıxması 2024-cü ilin noyabrında Oİ-nin Xəzər filialının əməkdaşları tərəfindən kosmik görüntülərdə aşkar edilmişdi, lakin adanın varlığına dair məsələ yaxın vaxtlara qədər mübahisəli olaraq qalırdı. Aşkar edilən ada Xəzər dənizinin səviyyəsinin enməsi və Orta Mirvari dayazlığının suyun səthinə çıxması nəticəsində yaranıb", – deyə məlumatda bildirilir.
Ekspedisiyanın ada sahillərinə yaxınlaşması mümkün olub, lakin ətrafının dayaz olması və hava şəraiti ilə əlaqədar sahilə enmək mümkün olmayıb. Bununla belə, ada kvadrokopter vasitəsilə çəkilmiş görüntülərdə aydın şəkildə görünür. Yaxın vaxtlarda alimlər tərəfindən yeni yaranmış adanın ilkin təsviri təqdim olunacaq və ona coğrafi adın verilməsi ilə bağlı təkliflər irəli sürüləcək.
Rusiyalı tədqiqatçılar Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi ilə adanın sahəsinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 867 Tarix: 28 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabr