Gəncədə "ixtisaslaşmış kosmetoloq" Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?

Gəncədə "ixtisaslaşmış kosmetoloq" Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən "kosmetoloqlar"ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

XALQ.-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nda "kosmetoloji" iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: "Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər".

Heç bir rəsmi lisenziyası və sertifakatı olmadan Gəncədə "Aysel Asi" Estetik Mərkəzində fəaliyyət göstərən sosial şəbəkədə kosmetolq_aysel_asi_gen adı ilə reklam edən Aysel Süleymanovadır.

Gəncədə "ixtisaslaşmış kosmetoloq" Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?Araşdırmalarımız nəticəsində kosmetoloq Aysel Süleymanovanın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında məlumat olmadığı və tibbi fəaliyyət haqqında sertifikasiyası məlumatı mövcud deyil.

Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

Lakin Gəncədə fəaliyyət göstərdiyi "Aysel Asi" Estetik Mərkəzində divar boyu müxtəlif sertifikatların olması və salona gələn pasiyentləri bu usulla aldatması kosmetoloji, tibbi prosedurları həyata keçirməsi təqdim olunan fotofaktlarla buna əyani subutdur.

Gəncədə "ixtisaslaşmış kosmetoloq" Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?Aysel Süleymanova müştərilərinə dolğu və botox, plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosial hesablarında məlumatlar və görüntülər əks olunub.Aysel Süleymanova necə lisenziyası, sertifakatı olmadan bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?

Gəncədə "ixtisaslaşmış kosmetoloq" Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?Məsələ ilə bağlı kosmetoloq Aysel Süleymanova ilə əlaqə saxladıq, əməkdaşımıza açıqlama vermək istəmədiyini bildirərək, ailə üzvü açıqlama verərək bildirdilər ki ,Aysel Süleymanova VÖEN əsasısnda fəaliyyət göstərir və sertifikatlarıda var.

Lakin rəsmi mənbələrdə tibbi sertifikatı və lisenziyası olması barədə heç bir qeyd olmadığını bidlirdikdə bununla bağlı lazımi qurumlara məlumat verilib deyə bildirildi.

Gəncədə "ixtisaslaşmış kosmetoloq" Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən "ixtisaslanmış həkimlər" və "kosmetoloqlar" sosial hesablarını bağlayır.

XALQ.-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Gəncədə "ixtisaslaşmış kosmetoloq" Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Aysel Süleymanova haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.

Araşdırmalarımız davam edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2540   Tarix: 03 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə - VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib. xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqda saxlamadığını

27 iyul
.

Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Tarif Şurasının iclasında qəbul edilən qərara əsasən, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmi

25 iyul
.

Azərbaycan I yarımildə 4 milyon dollar dəyərində nar ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə, 299 min dolla

25 iyul
.

Pensiya almaq istəyənlərin DİQQƏTİNƏ: HƏR KƏS BUNU BİLMİR...

Minlərlə Azərbaycan vətəndaşı müxtəlif ölkələrdə rəsmi şəkildə çalışaraq sosial sığorta haqları ödəyir. Bəs həmin ölkələrdə qazanılan əmək stajı Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınırmı?. Mövzu ilə bağlı -a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki

26 iyul
.

Azərbaycan alma ixracından gəlirini 10 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 47 min 867 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 38 milyon 948 min ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 min 753,82 ton (5,4 %) az, dəyər baxımında

25 iyul
.

Bəzi ərazilərdə 40 dərəcə isti olacaq: Həftənin ilk iş gününün HAVASI

İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27 isti

26 iyul
.

"Arzum" bu halda YENİDƏN HƏBS EDİLƏCƏK - DETALLAR

"Arzum 99" ləqəbli bloger İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə təqsirləndirilən şəxsin 4 azyaşlı övladının olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alaraq həbs qətimkan tədbirini dəyişib. Qərara əsasən, İ.Hacıyevaya ev dustaqlığı müddətində sosial şəbəkələrdə

25 iyul
.

XƏBƏRDARLIQ: Ölkəyə "yandırıcı" və "boğucu" İSTİLƏR GƏLİR - Avqustun əvvəlindən...

Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanda yay fəsli kəskin dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, yay mövsümündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək ola və fəsil iki əsas fazada inkişaf edə bilər. Hazırda mövsümü

26 iyul
.

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

Azərbaycanda bu ilin birinci yarımilində 331 işəgötürən 815 kişiyə ödənişli atalıq məzuniyyəti verib. xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Qeyd edilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir

27 iyul