"Azərbaycan təkcə təbii sərvətlərlə deyil, həm də insan kapitalı ilə güclənmək yolunu seçib" - DEPUTAT

"Azərbaycan təkcə təbii sərvətlərlə deyil, həm də insan kapitalı ilə güclənmək yolunu seçib" - DEPUTAT"2025-ci ilin iyunun 2-də Bakı Ekspo Mərkəzində təşkil olunan Bakı Enerji Həftəsinin açılış mərasimi bir sıra əlamətdar tədbirlərlə yadda qaldı" - bunu Sonxeber.az -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:

"Prezident İlham Əliyev bu mühüm platformada iştirak edərək çıxış etdi və Azərbaycanın enerji sahəsində qazandığı tarixi nailiyyətləri, mövcud potensialı və gələcəyə yönəlmiş strateji planlarını ictimaiyyətə təqdim etdi. Mərasim çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum" keçirilmişdir. Bu tədbirlər yalnız Azərbaycanın deyil, bütövlükdə Avrasiyanın enerji gündəliyini formalaşdıran vacib hadisələr kimi qiymətləndirilir. Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın enerji sahəsində qazandığı uğurların təməlində mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını vurğuladı. 1994-cü ildə keçirilmiş ilk neft-qaz sərgisindən dərhal sonra imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin müasir enerji tarixində dönüş nöqtəsi oldu. Həmin dövrdə Azərbaycanın üzləşdiyi siyasi və iqtisadi çətinliklər fonunda belə bir müqavilənin imzalanması real müstəqillik və iqtisadi dirçəliş yolunun başlanğıcı oldu. Vətəndaş qarşıdurmasının yeni başa çatdığı, iqtisadiyyatın iflic vəziyyətdə olduğu, inflyasiyanın 1000 faizi keçdiyi və əhalinin geniş təbəqələrinin yoxsulluqla mübarizə apardığı dövrdə xarici investorları ölkəyə cəlb etmək və etimad yaratmaq nadir liderlik qabiliyyəti tələb edirdi. Bu gün isə həmin strateji baxışın nəticələri açıq şəkildə müşahidə olunur. Azərbaycanın enerji siyasəti təkcə iqtisadi inkişafa deyil, həm də ölkənin müstəqilliyinin və geosiyasi çəkisinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan bu gün regionun sabit, müstəqil və iqtisadi cəhətdən güclü dövlətlərindən biridir. Prezident İlham Əliyevin təqdim etdiyi statistik rəqəmlər bunu bir daha təsdiqlədi. Neft və qazın ÜDM-də payı 30 faizdən çox olsa da, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm addımlar atılır. Xarici borcun ÜDM-də payının 7 faizdən az olması, maliyyə ehtiyatlarının borcu 14 dəfə üstələməsi və yoxsulluğun 5 faizədək azalması iqtisadi sabitliyin əsas göstəriciləridir. Azərbaycan təkcə təbii sərvətlərlə deyil, həm də insan kapitalı ilə güclənmək yolunu seçmişdir. Təhsilə və insan resurslarının inkişafına edilən sərmayələr nəticəsində ölkədə savadlılıq səviyyəsi 100 faizdir. Bu, gələcəkdə daha rəqabətədavamlı və bilik əsaslı iqtisadiyyatın qurulmasına şərait yaradır. Azərbaycanın geoiqtisadi gücü onun həyata keçirdiyi nəhəng enerji layihələri ilə daha da artmışdır. Xəzər dənizi ilə Qara dəniz və Aralıq dənizini birləşdirən strateji boru kəmərləri, xüsusilə də Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq enerji sistemindəki rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Açıq dənizə birbaşa çıxışı olmayan ölkənin Avrasiyanın mühüm enerji və nəqliyyat qovşağına çevrilməsi nümunəvi inkişaf modelidir. Cənub Qaz Dəhlizi 3500 kilometrlik bir marşrutla Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanır və Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Bu layihə Azərbaycanın yalnız enerji ixracatçısı deyil, eyni zamanda etibarlı tərəfdaş və enerji təhlükəsizliyinin təminatçısı olduğunu təsdiqləyir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı artıq 12-yə çatmışdır. Bu sayın gələcəkdə daha da artması üçün yeni ölkələrlə danışıqlar və sərmayə təşəbbüsləri davam edir. Ötən il ölkənin qaz ixracı 25 milyard kubmetr təşkil etmişdir və 2030-cu ilədək bu göstəricinin 33 milyard kubmetrə çatdırılması hədəflənir. Bu, yalnız iqtisadi gəlir anlamına gəlmir, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması və enerji təhlükəsizliyində aparıcı rol oynaması deməkdir. Enerji resurslarının düzgün idarə olunması və istehsalçı, tranzit ölkələr və istehlakçılar arasında maraq balansının qorunması ölkənin davamlı və inklüziv enerji siyasətinin əsasını təşkil edir. Azərbaycanın enerji siyasətində mühüm yer tutan istiqamətlərdən biri də yaşıl enerjiyə keçiddir. Prezident İlham Əliyevin vurğuladığı kimi, neft və qazla zəngin bir ölkənin yaşıl enerjiyə sərmayə yatırması ölkənin məsuliyyətli yanaşmasını nümayiş etdirir. 2030-cu ilədək Azərbaycanın 6,5 giqavat gücündə bərpaolunan enerji istehsal potensialı olacaq və bu, ümumi enerji istehsalının 35 faizindən çoxunu təşkil edəcək. Bu strategiya daxili enerji tələbatını əsasən bərpaolunan mənbələr hesabına təmin etməyə və qənaət edilən təbii qazı ixrac etməyə imkan verəcək. Nəticədə, Azərbaycanın həm yaşıl iqtisadiyyat, həm də enerji ixracı üzrə mövqeləri daha da möhkəmlənəcək.
Azərbaycanın beynəlxalq enerji siyasətində daha bir mühüm addımı COP29-a ev sahibliyi etməsidir. Prezident İlham Əliyev çıxışında bu tədbirin "Bakı sıçrayışı" kimi dəyərləndirilməsini tam əsaslı hesab etdiyini bildirdi. COP29 çərçivəsində qəbul olunan qərarlar, xüsusilə də İtki və Zərər Fondu, yardım paketinin 100 milyard dollardan 300 milyard dollara qədər artırılması və karbon bazarının işlək vəziyyətə gətirilməsi, Azərbaycanın qlobal enerji siyasətində məsuliyyətli və təşəbbüskar rolunu nümayiş etdirdi. Azərbaycanın COP29 vasitəsilə əsas hədəflərindən biri Qlobal Şimal və Qlobal Cənub arasında etimad körpüsünün qurulması idi. Bu təşəbbüs, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında enerji və ətraf mühit sahəsində daha balanslı münasibətlərin qurulmasına töhfə verdi. Kiçik ada dövlətlərinə ayrılan yardım paketi isə Azərbaycanın beynəlxalq ədalət və həmrəylik prinsiplərinə sadiqliyini göstərdi.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın enerji siyasətinin kompleks və çoxtərəfli vizionunu bir daha təsdiqlədi. Tarixi irsdən gələcəyə baxış, iqtisadi sabitlik və sosial rifah, beynəlxalq əməkdaşlıq və ekoloji məsuliyyət bütün bu faktorlar Azərbaycanın enerji strategiyasının mühüm sütunlarını təşkil edir. Bakı Enerji Həftəsi bir daha sübut etdi ki, Azərbaycan qlobal enerji dialoqunda həm sabit platforma, həm də etibarlı tərəfdaşdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1218   Tarix: 04 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr