Qurbanda ət payını başqa nə ilə əvəz etmək olar? - İlahiyyatçı cavab verir

Qurbanda ət payını başqa nə ilə əvəz etmək olar? - İlahiyyatçı cavab verir(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Dini inanca görə, Qurban yalnız heyvan kəsməklə məhdudlaşan dini mərasim deyil, o, insanın tanrıya sədaqətini, itaətini və fədakarlığını simvolizə edən dərin mənəvi ibadətdir. İbrahim peyğəmbərin sınaqları ilə formalaşdığı deyilən bu ayin, İslam dini ilə birlikdə daha da möhkəmlənərək, həm fərdi ibadət, həm də sosial yardım forması kimi cəmiyyətin həyatında özünə mühüm yer eləyib.

Qurbanlıq kəsmək maddi imkanı olan müsəlmanlara vacib buyurulmuş bir ibadətdir. Bu ibadət yalnız fərdin Allaha yaxınlaşması üçün vasitə deyil, eyni zamanda ehtiyacı olanların sevindiyi, sosial həmrəyliyin gücləndiyi və cəmiyyət daxilində paylaşma mədəniyyətinin yaşadıldığı mühüm dini-sosial hadisədir. Lakin bəzən bu ibadətin mahiyyəti yanlış anlaşılır, sırf ət paylama, həmin gün "ət yemə mərasimi" kimi dəyərləndirilir və ya müxtəlif səbəblərlə icrasından yayınmaq halları baş verir.

Qaynarinfo Qurban bayramını, onun mahiyyətini, cəmiyyətə verdiyi mesajları, mənəvi dəyərlərə təsirini ilahiyyatçı Tural İrfan ilə müzakirə edib.

- Tural bəy, Qurban ibadətinin mahiyyəti nədir? Bu, sadəcə bir ənənə, yoxsa dərin mənəvi təcrübədir?

- Qurban İslam dinində Həcc ibadətinin tərkib hissəsi olan bir ayindir. Həcdə olan imkanlı şəxslərə qurban kəsmək vacibdir. Eyni zamanda Həcdə olmayan, öz məmləkətində olan imkanı çatan şəxslərə də qurban kəsmək vacibdir. Qurbanın fəlsəfəsi ondan ibarətdir ki, insan malından Allah yolunda qurban etməklə Yaradana sadiq olduğunu sübut etsin və yeri gəlsə, canını da kəsdiyi qurban kimi fəda etməyə hazır olduğunu ifadə etmiş olsun. Adəm peyğəmbərdən bəri qurban ayini var. Quranda Adəmin övladlarının da qurban kəsdiyi haqda məlumat var. Əsasən İbrahim peyğəmbər zamanından mötəbər olan bu ibadət İslam dinində də öz yerini alıb. Allah Həzrət İbrahimin sədaqətini, səmimiyyətini yoxlamaq üçün yuxu vasitəsilə ona oğlu İsmaili qurban etməyi əmr edərək, onu bir növ sınağa çəkib. İbrahim də yuxuya uyğun olaraq oğlunun da razılığı ilə onu qurbangaha götürüb. Nəhayət, Allah təala onların sadiqliyinə görə insandan deyil, heyvandan qurban ediləcəyini əyan edib və rəvayətlərə görə, qoç göndərib. Beləcə bu ibadət ənənəyə çevrilərək insanların Allaha yaxınlaşması üçün, eyni zamanda digər insanlara sosial yöndən dəstək olmaq üçün qurban kəsməyə davam edilib. Həzrət Muhəmməd də bu ibadəti davam etdirərək, özü də Həcc zamanı yaxud başqa zamanlarda dəvədən, qoyundan qurbanlar kəsib paylayıb. Allahın yaratdığı heyvanı elə yaradıcının da yolunda qurban etmək, fəda etmək, ətini paylaşmaq bu ibadətin əsasını təşkil edir.

- Adətən Qurbanın mahiyyətini qoç kəsib, ətini paylamaqda görürük. Lakin elə şəxslər var ki, onun ehtiyacı ətə deyil, məsələn, çörəyə, geyimədir. Belə olan halda olar ki, qoç kəsilmədən qarşıdakı insanın ehtiyacına uyğun ona qurban payı verilsin?

- İbadəti və onun mahiyyətini təhrif etmək olmaz. Qurban qurban kimi icra edilməlidir. Yəni o şəxsə ki, qurban kəsmək vacibdir, mükəlləfdir, boynuna borc gəlib, gərək mütləq kəssin və paylasın. Yox, onu başqa şeylə əvəz etmək, bu, artıq qurban deyil, digər yaxşılıq vasitəsidir. O yaxşılığı da etmək üçün Qurban bayramını gözləmək lazım deyil. İstənilən gündə etmək olar. Yəni, qurban ətinə deyil, başqa şeyə ehtiyacı olan zümrəyə yardım etmək lazımdır, amma bu boynunda qurban vacib olan kəsimin həmin ibadəti təxirə salması bahasına ola bilməz.

Kasıb və imkansız adamlara yardım etmək kimi humanist dəyərlər İslam dinində əsas prinsiplərdəndir. Qurban ərəfəsində kimin imkanı varsa, Allah yolunda dəvə, inək, camış, keçi və qoyundan qurban kəsə, imkansız zümrəyə paylaya bilər. Kimin də imkanı buna çatmırsa, əlində olan digər imkan və vasitələrdən istifadə edərək kasıb təbəqəyə əl tutar, sədəqə verər.

- Bəs kimlərə qurban kəsmək vacibdir? Hər kəs qurban kəsməlidirmi?

- Qurban kəsmək, imkanı çatan bütün müsəlmanlara vacibdir. Bütün imkanlı müsəlmanlar qurban kəsib paylasa, həmin ərəfədə ehtiyaclı adam qalmaz. Amma bunu hamı etmir. Hətta milyonları olan adam var ki, bircə dəfə də qurban kəsmir. Ona görə də Qurban bayramında sosial nizam pozulur. Yaxud elə müsəlman var ki, ildə bir dəfə də dilinə ət dəymir. Maddi imkanı çatan şəxslər kəsib yarısını ailəsi üçün, yarısını da qohum qonşu və kasıblar üçün paylamalıdır. Varlı adamlar digər müsəlman ölkələrində minlərlə heyvan kəsirlər, bu da onların malına bərəkət verir. Bizdə isə varlı adamlar qorxurlar ki, çox kəssələr, birdən malları azalar, ziyana düşərlər.

- Qurban bayramı insanların birliyinə və sosial həmrəyliyə necə təsir edir?

- Qurban bayramı və Ramazan bayramı İslamda iki əsas bayramdır. Bu bayramlar insanların həmrəyliyi, vəhdəti, sosial cəhətdən yaxınlaşması, aralarında ünsiyyətin artması və yeni əlaqələrin qurulması üçün önəmlidir. Xalqımız da əsrlərdir bu bayramları qeyd edir, yaşadır. Qurban bayramı üç gün davam edir. İnsanlar qurbangahlarda qurban kəsir, paylayır, sosial əlaqələri inkişaf etdirirlər. Məclislər, ehsan süfrələri açaraq əsasən həssas təbəqəni dəvət edir, bir-birinə ikram edirlər. Bayram namazları qılınır. Bu zaman yenə də insanlar məsciddə toplaşır, dualar edilir, küsülülər barışır. Yaxşı olar ki, bu günlərdə dünyadan gedənlər də ziyarət edilsin, şəhidlər yada salınsın, dualar oxunsun.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 902   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA

Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə

10 sentyabr
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10 sentyabr
.

İctimai Wi-Fi-dən istifadə zamanı hansı təhlükələrlə üzləşə bilərik? - AÇIQLAMA

Kafe, hava limanı, otel və digər ictimai məkanlarda pulsuz Wi-Fi-dan istifadə etmək artıq gündəlik həyatımızın adi hissəsinə çevrilib. Bəs rahatlıq üçün qoşulduğumuz bu şəbəkələr şəxsi məlumatlarımızı, sosial media hesablarımızı və hətta bank məlumatlarımızı nə dərəcədə riskə atır? İctimai Wi-Fi-da

11 sentyabr
.

31° isti... - Sabahın havası

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

10 sentyabr
.

"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b

11 sentyabr
.

Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə

10 sentyabr
.

Oğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA

Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd

11 sentyabr
.

"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"

2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind

10 sentyabr
.

Şadlıq saraylarında qida təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır - AÇIQLAMA

Toy və yas mərasimlərində çox sayda insana eyni anda qida hazırlanması zəhərlənmə riskini artırır. Xüsusilə ət, toyuq, balıq, yumurta, mayonezli salatlar, düyü və kremli məhsulların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyenaya və çarpaz çirklənmənin qarşısının alınmasına cidd

11 sentyabr