Azərbaycanda uşaqların sayı sürətlə azalır - RƏQƏMLƏR
Əhalimizin sayının artması ilə bərabər onun "qocalması" baş verir. Bu tendensiya dünyada müşahidə edilir və hökumətlərin başağrısına çevrilməkdədir. Artıq Azərbaycan da neçə illərdir analoji problemlə üzləşib.
Ölkə.Az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, əhalinin yaş qrupunda gənclərin, xüsusən də uşaqların payı əhəmiyyətli dərəcədə azalır və bu, artıq tendensiya halını alıb:
"Təsəvvür edin 1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9%-ə düşüb. Yəni əvvəl hər 3 nəfərdən biri uşaq idisə, indi hər 4 nəfərdən biridir. Məsələ burasındadır ki, azalma təkcə xüsusi çəkidə baş vermir, həm də sayda müşahidə edilir. 1990-cı ildə bu yaş qrupu üzrə uşaqların sayı 2 milyon 781,3 min nəfər olduğu halda 2023-cü ilə qədər olan dövrdə 5.3% azalaraq 2 milyon 633 min nəfərə düşüb. Azalma daha çox qız uşaqları hesabına baş verib. Oğlan uşaqları 1,8%, qız uşaqları isə 9% azalıb".
İqtisadçının sözlərinə görə, bunun səbəbi ümumi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsidir:
"1990-cı ildə bu əmsal 2,8 olduğu halda hazırda 1,6-ya düşüb. Halbuki ötən əsrin 60-cı illərində bu göstərici 5,2-5,5 civarında dəyib.
Ümumi nəsilvermə (fertillik) əmsalı reproduktiv dövr ərzində 15-49 yaşda bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 872 Tarix: 10 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabrBu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabrHikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara
11 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabrDövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabr