İcra başçısına AĞIR İTKİ
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Rafiq Cəlilova ağır itki üz verib.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, icra başçısının anası Həvva xanım vəfat edib.
Xatırladaq ki, Rafiq Cəlilov 1963-cü il 13 yanvar tarixində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.
Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.
O, prezidentin növbəti - 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.
R. Cəlilov Prezident İlham Əliyevin 13 may 2020-ci ildə imzaladığı Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və bu günə qədər də bu vəzifəni icra edib.
14 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ailəlidir, 3 övladı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 969 Tarix: 11 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabrBu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabrHikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara
11 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabrDövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabr