"Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu" - Emil Əkbərov

"Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu" - Emil Əkbərov"2021-ci il iyunun 15-də imzalanan tarixi Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha sübut etdi".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov bildirib ki, 4 il öncə Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu:

"Tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunub. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti istiqamətində əməkdaşlıq, eləcə də enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.bu mühüm strateji sənəd iki qardaş dövlətin tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləyir Ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini nümayiş etdirir. Sənədin imzalanmasından ötən 4 il ərzində iki qardaş ölkə bütövlükdə bölgənin rifahına xidmət edən çoxsaylı addımlar atıb. Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib, bu müddətdə Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanın, Zəngilan hava limanı və nəhayət, ötən ay - may ayının 28-də Azərbaycanın Müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edib".

Emil Əkbərov söyləyib ki, bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır:

"Gələcək münasibətlərin məzmunu. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İşğaldan azad olunmuş ərazilərin bərpası. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Xüsusilə də Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdi

Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşdur.

4 il öncə 15 İyun – Milli Qurtuluş Günü iki qardaş ölkənin liderlərinin imzaladığı və dövlətlər arasında münasibətlərin gələcəyini müəyyən edən Şuşa Bəyannaməsinin icrası keyfiyyətcə daha yüksək işbirliyini təmin etməkdədir. Bu sənəd Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərini gücləndirir və ortaq strateji baxışı müəyyən edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2098   Tarix: 14 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr