Hikmət Babaoğlu: "Bugünkü qalib Azərbaycan qurtuluşdan doğan dövlətin varisidir"
"Bugünkü qalib Azərbaycan 1993-cü il iyunun 15-də əsası qoyulan və qurtuluşdan doğan Azərbaycanın hüquqi, siyasi, mənəvi varisidir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, bu gün Qurtuluş Günü kimi qeyd etdiyimiz tarixi hadisənin Azərbaycanın milli dövlətçilik tarixində çox mühüm əhəmiyyəti var.
"Çünki 3-4 iyun hadisələrindən başlayaraq, 15 iyuna qədər uzanan bir dövr ərzində, 1993-cü ildə Azərbaycan dövlətçiliyinin mövcud olub-olmaması və ya bugünkü unitar dövlət kimi qalıb qalmaması məsələsi həll olunurdu.
Çünki 1993-cü ilin yaz aylarında artıq etnik separatçılığın Azərbaycanda pik həddinə çatması hadisəsi baş verirdi. Azərbaycanın şimalında, sadval bölücüləri ayrı bir "dövlət", cənubunda isə "Talış Muğan Respublikası" deyilən qondarma qurum yaratmağa cəhdlər edilirdi.
Azərbaycanın qərbində isə əslində regional separatçılıq baş verirdi - Surət Hüseynov ayrıca bir dövlət yaratmağa çalışırdı. Beləliklə, Azərbaycanın bütövlükdə dövlətçiliyi, eyni zamanda, həm də unitar quruluşa malik olan bir dövlətçiliyinin olub-olmaması məsələsi həll olunurdu".
H.Babaoğlu vurğulayıb ki, 15 iyunun tarixi əhəmiyyəti, ulu öndər Heydər Əliyevin Azərbaycanın coğrafi və etnik əlamətlər üzrə bölünməsinin qarşısında almasıdır.
"Ulu öndər 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikasının Milli Məclisinə sədr seçilməklə Azərbaycanda baş qaldıran etnik və regional separatçılığa son qoymağı və ölkənin bu gün mövcud olan dövlət quruluşu formasını, dövlətçiliyini qoruyub saxlamağı bacardı. Bu əsaslarda təməli qoyulan milli dövlətimiz isə nəticə etibarilə, ən sonda, Azərbaycanın qərbində baş verən erməni separatizmini məhv etdi və ona da son qoya bildi.
Yəni bugünkü qalib Azərbaycan 1993-cü il iyunun 15-də əsası qoyulan qurtuluşdan doğan Azərbaycanın hüquqi, siyasi, mənəvi varisidir və Qurtuluş Gününün tarixi əhəmiyyəti də bundan ibarətdir.
Əgər bu gün biz qalib Azərbaycandan danışırıqsa, suveren hüquqlarımızın hər qarış ərazimizdə bərpa olunmasından danışırıqsa, bu gün Xankəndidə quruculuq işləri aparırıqsa, Xocalıya, Ağdama, Şuşaya qayıdırıqsa, bütün bunların hamısının başlanğıcı 15 iyun tarixinə bağlıdır. Ona görə də biz daim 15 iyunda nələr baş verdiyini analiz etməliyik. Milli yaddaşımızda bunu diri tutmalı və gənc nəslin də dövlətçilik şüuruna bunu yazmağı bacarmalıyıq ki, əslində biz nələrdən xilas olmuşuq, Qurtuluş Günündə nədən qurtulmuşuq? Ona görə mən düşünürəm ki, bu mühüm tarixi hadisə əslində, bugünkü qüdrətli Azərbaycana gələn yolun başlanğıcı idi və Azərbaycan dövlətçiliyinin xilası tarixidir", - deyə deputat bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 540 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR
"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur
11 sentyabrSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11 sentyabrNikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə
10 sentyabr"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10 sentyabrXankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11 sentyabrHikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara
11 sentyabrBu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də
11 sentyabrAli Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib
10 sentyabr