Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"Kərə yağının qiymətində son dövrlərdə müşahidə olunan kəskin artım geniş müzakirələrə səbəb olub. 2025-ci ilin ilk dörd ayında Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, sözügedən dövrdə Azərbaycana 65 milyon 474 min ABŞ dolları dəyərində 9 min 323.5 ton kərə yağı idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 24.5 milyon ABŞ dolları, həcm baxımından isə 1 387 ton artıb.

Bu il yanvar-aprel aylarında idxal edilən kərə yağının bir kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35.2% artaraq 11.9 manata bərabər olub. Bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 23.59 manat, yerli kərə yağının orta satış qiyməti 20.90 manat təşkil edib.

Maraqlıdır, qiymət artımının səbəbləri nələrdir və gələcəkdə bu artımın davam edəcəyi proqnozlaşdırılırmı?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İdxaldan asılılıq

İqtisadçı-ekspert Pərviz Heydərov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, qiymət artımının əsas səbəbi idxaldan asılılıq və kərə yağına olan tələbatdır: "Statistika göstərir ki, son illərdə Azərbaycana ərzaq məhsullarının, o cümlədən kərə yağının idxalı əhəmiyyətli dərəcədə artıb. Bu asılılıq daha da güclənməkdədir. Nəticədə, idxalçı ölkələrdə qiymət dəyişiklikləri Azərbaycanın daxili bazarında da eyni şəkildə əks olunur və bu, qiymət artımının əsas səbəblərindən biri hesab edilir".

Həm ət, həm də süd məhsulları

Mütəxəssis bildirir ki, kərə yağı ilə bağlı idxaldan asılı olmağımızın səbəbi ölkədə heyvandarlıq sahəsindəki geriləmə ilə bağlıdır: "Azərbaycanda süd istehsalının yetərli olmaması kərə yağının qiymətinin artmasına birbaşa təsir göstərir. Bu vəziyyətin qarşısını almaq və qiymət artımını azaltmaq üçün ölkədə süd istehsalının artırılması və yerli istehsala dəstək verilməsi vacibdir. Yalnız belə olan halda kərə yağı və digər süd məhsullarının qiymətinin stabil qalması təmin oluna bilər. Son illərdə bu sahədə davam edən problemlər, xüsusilə mal-qara sayının azalması və yem bazasının zəifləməsi süd istehsalına mənfi təsir göstərir. Əvvəllər ət məhsulları ilə özünü yüksək səviyyədə təmin edən Azərbaycan, hazırda bu göstəricidə də ciddi geriləmə yaşayır. Bu, heyvandarlıq sektorunun əvvəlki gücünü itirdiyini göstərir. Pambıqçılığın inkişafı məqsədilə həyata keçirilən siyasət də heyvandarlığa zərbə vurub. Örüş sahələrinin azalması, torpaq qiymətlərinin artması və fərdi təsərrüfatların fəaliyyət göstərməsi üçün şəraitin çətinləşməsi süd istehsalını azaldan əsas amillərdəndir. Nəticədə həm ət, həm də süd məhsullarında idxaldan asılılıq artır, qiymətlər yüksəlir. Bu vəziyyətin dəyişməsi üçün heyvandarlığa dəstək verən sistemli və dayanıqlı islahatlara ehtiyac var".

"Əgər bu sahədə inkişaf təmin edilməsə..."

P. Heydərov deyir ki, daxili bazarın indiki vəziyyətində tənzimləmələr effektiv ola bilməz: "Əgər bazar bir məhsulla bağlı idxaldan asılıdırsa, həmin məhsul ərzaq bazarında əsas tələbat yaradırsa, bu halda yumşaq gömrük rüsumu siyasətinin tətbiqi qaçılmazdır. Əks halda həmin məhsul daha da baha olacaq ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, xüsusilə kərə yağının yerli istehsalında da artıma nail olmaq vacibdir. Əgər bu sahədə inkişaf təmin edilməsə, gələcəkdə qiymət artımının davam etməsi qaçılmaz olacaq".

Dünyada yağa tələbat artıb

İqtisadçı-ekspert Xalid Kərimli də təsdiqləyir ki, kərə yağının bahalaşmasının əsas səbəbi dünyanın müxtəlif bölgələrində bu məhsula tələbin çoxalması, nəticədə idxal qiymətlərinin artmasıdır: "Azərbaycan kərə yağının xalis idxalçısıdır. Həm kərə yağını, həm də duru yağı idxal edir. Son bir neçə ayda dünya bazarında kərə yağına olan tələbatın artması, Okeaniya, Qərbi Avropa, MDB ölkələri və Türkiyədə istehsal olunan kərə yağlarının bahalaşması ölkəmizdə də ciddi qiymət artımına səbəb olub".

Baha alıb, baha da satırlar

İqtisadçı deyir ki, dünya bazarında qiymət artımı qlobal tələbin yüksəlməsi ilə əlaqəlidir: "Sahibkarlar idxal qiymətinin artması nəticəsində baha alıb, baha da satmağa məcbur olurlar. Yəni bazar tələbləri və idxal qiymətləri birbaşa məhsulun bahalaşmasına təsir göstərir. Ölkə daxilində kərə yağına olan tələbat stabil qalsa da, idxal qiymətlərinin dəyişməsi nəticəsində yerli bazarda da qiymətlər tez-tez dəyişir".

Yerli istehsal artsa belə...

Mütəxəssis vurğulayır ki, yerli istehsalın zəif inkişaf etməsinin əsas səbəbi heyvandarlığın kifayət qədər inkişaf etməməsidir: "Bu da əsasən kənd əhalisinin mal-heyvan saxlamağa maraqsız olması ilə əlaqəlidir. İnsanlar kənddə oturub mal-heyvan saxlamaqdan çox, şəhərdə, xüsusilə Bakıda rahat şəraitdə işləməyi üstün tuturlar. Kənd təsərrüfatı ilə bağlı çətinliklər - peyin, palçıq, dağ suyu ilə mübarizə, əkin sahələrinin məhdudluğu və otlaq yerlərinin azalması heyvandarlıq sahəsindəki əsas problemlərdəndir. Ərazilərin hasarlanması, preslərin bahalığı da bu vəziyyətə təsir edir. Yerli istehsal olsa belə, bu, ucuz olmayacaq".

Qiymətlər artmaqda davam edəcək?

Gələcəkdə qiymətlərin artan templə davam etməsi məsələsinə gəldikdə isə, X.Kərimli bildirir ki, dünya bazarındakı idxal qiymətləri də bu məsələdə əsas rol oynayır: "Hazırda dünya bazarında qiymətlər bir qədər stabilləşsə də, yaxın aylarda kəskin qiymət dalğalanmalarının olması gözlənilir. Bu vəziyyət də yerli istehsalın və qiymətlərin formalaşmasında təsirli amil olaraq qalır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1083   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr