Azərbaycanlı kişilər 4 arvad ala biləcək - Şərtlər

Azərbaycanlı kişilər 4 arvad ala biləcək - ŞərtlərBundan sonra azərbaycanlı kişilər 4 qadınla evlənə biləcəklər. Amma bunun üçün Rusiyaya getməlidirlər. Belə ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Fətva ötən il verilsə də, qeyri-müsəlmanlar tərəfindən çoxsaylı narazılıqlar olduğundan gecikdirilmişdi. Bu ildən isə məsələ yenidən diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Rusiyada hüquqi mənada çoxarvadlılığa icazə verilmir. Amma mövcud Rusiya qanunvericiliyində çoxarvadlılığa görə cəza da yoxdur.

Dinşünas Yuri Tabak diqqətə çatdırıb ki, Rusiyada çoxarvadlılıq olmasa da, eyni zamanda iki ailəsi olan kişilər çoxdur.

"Belə bir problem var və hələ də həlli çətindir. Bir tərəfdən bu, qadağandır. Digər tərəfdən, müsəlmanların çox olduğu Rusiyada biz ənənələrə hörmət etməyə bilmərik. Kişilər onsuz da bir neçə qadınla gizli yaşadığı halda nə üçün bu cür ailələri qanuniləşdirmirik?! Amma hələlik bütün bunlar sual altındadır".

İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Kirill Kabanov isə narahatdır ki, çoxarvadlılığın leqallaşdırılmasından sonra müsəlmanlar Rusiya qanunlarına tabe olmaqdan imtina edə bilərlər.

Onun fikrincə, növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi/tanınmaması və şəriət məhkəmələrinin tətbiqidir.

Rus Pravoslav Kilsəsi də çoxarvadlılığa qarşı çıxış edib. Belə ki, keşiş Pavel Ostrovski rus qadınlarını müsəlmanlarla münasibətə başlamazdan əvvəl, hətta qadın onunla evlənmək niyyətində olmasa belə, "100 dəfə düşünməyə" çağırıb.

Bəs dünyəvi ölkələrin rəsmi qanunlarında poliqamiya qadağan olunsa da, monoqomik ola bildikmi?

Bu sualın səmimi cavabı, böyük ehtimalla yoxdur. Amma yanaşmalar var, əlbəttə... Müasir həyat bizə monoqamiya gətirmədi. Son statistika göstərir ki, dünya kişilərin 70%-nin, qadınların isə 40%-nin nikahdan kənar münasibətləri var. Yəni insan təbiətən poliqamiyaya meyillidir. Amma psixoloqlar deyir ki, poliqamiya psixi pozuntudur.

"İnsanın həyatında bir yoldaşı, tərəfdaşı, ömür dostu olduğu halda, ikinciyə, üçüncüyə nə ehtiyac var? Çoxarvadlılıq kişiyə problemlərdən başqa nə gətirir? Demək ki, belə insanlar dincliyi sevmir. Bəzi sosioloqlar "İnsan təbiəti monoqamiya üçün uyğun deyil" deməklə çoxarvadlılığa haqq qazandırmaq istəyirlər. Ona qalsa, bizim təbiətimizdə olan, amma qarşısını almağa məcbur olduğumuz başqa duyğu və davranışlarımız da var.

Məsələn, aqressivlik, başqalarına hücum çəkmək. Niyə hər dəfə əsəbiləşəndə ​​özümüzə hakim olmağa çalışırıq? Təcavüz bizim təbiətimizdədirsə, onda hər qəzəblənəndə qarşı tərəfə fiziki güclə hücum edək və zərər verək. Amma etmirik, çünki sivil insan olaraq öz hərəkətlərimizə məsuliyyət daşıyırıq. Davranışlarımız təkcə bioloji faktorlarla müəyyən edilmir, daxili istəkləri psixoloji və sosial amillərlə birlikdə qiymətləndirmək lazımdır. İnsanın cinsəl istəyi də ağlı tərəfindən nəzarətə alınmalıdır, bacarmırsa, deməli problemi var", - psixoloq Yeganə Cəfərova belə deyir.

Psixoloq bildirir ki, monoqamiya və poliqamiya məfhumlarından bəhs edərkən təkamül prosesinin başlanğıcında öz istəklərimizə və ya əcdadlarımızın həyatına istinad etmək böyük səhvdir.

İslam dinində icazə verilir deyə bir kişinin eyni anda dörd qadınla nikahda olması günümüzlə səsləşirmi?

İlahiyyatçı Hacı Ağa Muradov qeyd edir ki, şəriətdə dörd qadınla evlənməyə icazə verilsə də, bunun çox şərtləri var. O kişi dörd qadınla evlənə bilər ki, onların hamısına eyni maddi, mənəvi qayğı göstərə bilsin.

"Yoxsa hər önünə gələn kimisə bəyəndi deyə dörd arvad ala bilməz. İslama qədər cahiliyyə dövründə ərəblər saysız qadınlarla evlənirdilər. İslam peyğəmbəri qadınların sayını dördə endirdi. İslamın yarandığı illərdə də buna icazə verilməsinin səbəbi o idi ki, tez-tez müharibələr olurdu və kişilər ölür, qadınlar ərsiz qalırdılar. Həm də nəsil artımı üçün vacib idi. Dul qadınları himayəyə almaq üçün kişilərin bir neçə qadınla evlənməsinə icazə verilirdi.

Əslində qadınların xeyrinə idi, tək, başsız qalmamaları üçün razı olurdular. Yoxsa harda cavan, gözəl qız gördün get onunla da evlən deyə bir şey yoxdur. Yəni dövrünə görə çox doğru addım idi. İndi isə qadınlar buna razılaşmaz, ikincisi də hər kişi bu şərtləri yerinə yetirə bilməz. Bu günümüzə görə deyil". (Bizim Media)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3316   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr