ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Minsk şəhərinə, BRSM Konfrans zalında Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Belarus Gənclər Forumu" layihəsi çərçivəsində ilk tədbirini reallaşdırıb. Forumdan öncə BRSM-nın çoxsahəli fəaliyyəti ilə bağlı ekskursiya təşkil edilib. Forumu giriş sözü ilə BRSM rəhbəri, Belarus Parlamentinin deputatı Lukyanov Aleksandr Sergeyeviç açaraq Belarus-Azərbaycan əlaqələrindən, gənclərlə bağlı həyata keçirilən layihələrdən danışıb.
Daha sonra ASGA sədri Səbuhi Abbasov çıxış edərək Forumun hər iki ölkə gəncliyi üçün faydalı olacağını dedi: "Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi gəncıərin beynəlxalq əməkdaşlığı istiqamətinə hər zaman xüsusi diqqət ayırıb. Bu mənada bu gün reallaşan forumun Bakıda davam etməsini vacib hesab edirik. Forum hər iki ölkə gəncliyi üçün yeni bir platforma rolunu oynayacaqdır."
Forumda məruzə ilə çıxış edən "İslahatçı Gənclər" İB-nin sədri Fərid Şahbazlı hər iki ölkə liderinin sıx, səmimi dostluq əlaqələrinin ölkələrimiz arasında münasibətlərə ciddi tövhə verdiyini bildirdi. F.Şahbazlı qeyd etdi ki, Belarusun 44 Günlük Vətən müharibəsi dövründə Azərbaycana verdiyi dəstəyi xalqımız hər zaman hörmətlə xatırlayır.
Daha sonra Azərbaycan Mətbuat Şirasının İH-nin üzvü, "Azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edərək hər iki ölkə gənclərinin media sahəsində əməkdaşlığının vacib oıduğunu dedi.
MDU-nun müəllimi, fəlsəfə doktoru, gənc alim Müşfiq Hüseynov çıxış edərək Belarus və Azərbaycan gənclərinin elm sahəsində əməkdaşlığının perspektivlərindən danışdı.
Daha sonra Belarus Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Kozloviç Stefania Andreevna, "Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti" təhsil müəssisəsinin tələbəsi Trikoza Ekaterina Vladislavovna, "BRSM" ictimai təşkilatı MK-nın təşkilati-kadr, hüquq işi və beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əməkdaşlıq sektorunun baş mütəxəssisi Qrişenko Zlata Vladimirovna, Belarus Respublikası Milli Məclisi Respublika Şurasının üzvü Lukyanov Aleksandr Sergeyeviçin köməkçisi Qrinçik Mixail Anatolyeviç çıxış edərək Azərbaycan-Belarus əlaqələrindən, Forumun əhəmiyyətindən danışdılar.
Sonra Forum iştirakçılarına sertifikatlar, suvenirlər və geyim hədiyyələri təqdim edildi.













Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi