"Face studio"nun sahibi azyaşlı uşağını anasından alır
Bir müddət əvvəl "Face studio" gözəllik salonlarının və paytaxtdakı bəzi restoranların sahibi, iş adamı Rüfət Badirov rəssam olan həyat yoldaşı Fidan Həsənovadan boşanıb.
Sonxeber.az Manset.az-a istinadən xəbər verir ki, tərəflərin ailə münasibətləri başa çatsa da, 5 yaşlı oğullarına görə məhkəmə çəkişməsi davam edir.
Belə ki, mediasiya mərhələsində barışıq sənədi imzalayan F. Həsənova övladının ondan alınmasına dair sənəddə aldadıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan dilini yaxşı bilməməsindən istifadə olunub və 9 saylı Mediasiya təşkilatının (mediator Mehriban Qafarova) tərtib etdiyi barışıq sazişində aldadılaraq azyaşlı övladının atasında qalması barədə razılaşmanı imzalayıb.
Fidan Həsənova bildirib ki, məsələ ilə bağlı Xətai Rayon Məhkəməsi qarşı tərəfin lehinə qərar çıxarıb. Apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Hazırda şikayət Ali Məhkəmədədir və yekun qərar orada veriləcək.
Məsələnin maraqlı tərəflərindən biri də mediasiyada imzalanan barışıq müqaviləsində anaya aylıq 10 min manat aliment təyin edilməsi ilə bağlıdır. F. Həsənova bu məsələdə də aldadıldığını deyir.
Fidan Həsənova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, imzalanmış müqavilə üzrə Rüfət Badirov ona 3 ay müddətində hər dəfə 10 min manat olmaqla ödəniş edib:
"İki ildir ki, bizim mübahisəmiz davam edir. Müqavilə bağlanan vaxtdan uşaq mənimlədir və mənimlə yaşayır. Hazırda məhkəmə prosesinin son mərhələsi gedir. Bu günədək bütün mərhələləri mən uduzmuşam, lakin övladımın mənə verilməməsi ilə bağlı heç bir tutarlı əsas yoxdur. Sadəcə mediasiyada məni aldadaraq imzalatdırdıqları müqavilə əsas götürülərək uşaq ataya verilir. Halbuki mənim hüququm var ki, müraciət edərək həmin müqaviləni ləğv etdirim".
Şikayətçinin sözlərinə görə, bir il yarımdan çoxdur imzalanmış müqavilə üzrə ona ödənilməli olan aylıq 10 min manatlıq alimenti ala bilmir və bununla bağlı da Xətai Rayon Məhkəməsinə müraciət edib:
"Lakin məhkəmədə qaldırdığım mülki iddia heç icraata qəbul edilməyərək rədd edildi".
Rüfət Badirov isə açıqlamasında məsələnin hüquqi müstəvidə həll olunacağını və hazırda məhkəmə prosesinin davam etdiyini söyləyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 730 Tarix: 21 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr