Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
Uşaqlar arasında parvovirus yayılıb.
Valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur.
İki yaş yarımlıq övladı olan valideyn üç gündür, övladının bu virusa yoluxduğunu söyləyib. O bildirib ki, uşağın üzü qızarıb və az-az qarın nahiyəsindən başlayaraq belinə qədər səpgilər əmələ gəlib, daha sonra isə hərarəti yüksəlib:
"Birinci allergiyadan olduğunu düşündük, lakin sonra uşağın üz-gözü şişdi. Müayinə zamanı "5-ci xəstəlik" adlandırılan parvovirusa yoluxma diaqnozu qoyuldu".
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran infeksionist Mərdan Əliyev qeyd edib ki, parvovirus, kəskin respirator viruslarda olduğu kimi, hava-damcı, yəni tənəffüs yolu ilə insandan-insana yoluxur:
"Özünü qızdırma, yanaq nahiyəsində qızartı, şişkinliklə büruzə verir. Adətən, qızdırma 37-37.5 dərəcəyə qədər yüksəlir. Yüngül gedişli xəstəlikdir. Xroniki xəstəliyi olan şəxslər, əsasən, risk qrupuna daxildir. Eyni zamanda, hamilə qadınlar və yaşlı xəstələrdə ağırlaşmalar müşahidə oluna bilər. Beş yaşına qədər uşaqlarda isə hərarət kifayət qədər yüksələ bilir".
İnfeksionistin sözlərinə görə, xəstəlik uşaqdan böyüyə keçə bilər:
"Böyüklərdə, həmçinin sağlam şəxslərdə, immuniteti yüksək olanlarda simptomsuz müşahidə edilir. Spesifik müalicəsi yoxdur. Simptomatik müalicə aparılır. Bu virusa yoluxan şəxs, adətən, bir həftəyə sağalır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
6 sentyabrHansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20 sentyabrXərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13 sentyabrC vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureat
1 sentyabrXərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl
13 sentyabrUzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı
Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü
20 sentyabrTəzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı
Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə
15 sentyabrSarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12 sentyabr