Siqaret çəkənlərə PİS XƏBƏR
Hər bir siqaret insan ömrünü orta hesabla 20 dəqiqə qısaldır - kişilərdə 17 dəqiqə, qadınlarda isə 22 dəqiqə.
BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya verdiyi müsahibədə psixiatr və narkoloq Ruslan İsayev məlumat verib.
"Əvvəllər hesab edilirdi ki, bir siqaret insan ömrünü təxminən 11 dəqiqə azaldır. Lakin müasir məlumatlar və uzunmüddətli müşahidələr əsasında aparılan yeni araşdırma daha dəqiq nəticələr ortaya qoyur. Nəticədə, siqaret çəkənlər siqaret çəkməyənlərlə müqayisədə təxminən 10 il daha az yaşayır", – deyə mütəxəssis qeyd edib.
O bildirib ki, tütün çəkmək yalnız ömrün uzunluğunu yox, həm də onun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir, xroniki xəstəliklərin vaxtından əvvəl inkişafına səbəb olur.
ABŞ-ın Narkotik İstismarına Qarşı Milli İnstitutu (NIDA) da daxil olmaqla müxtəlif tədqiqatlar göstərir ki, 60 yaşdan yuxarı siqaret çəkənlərdə ölüm halları siqaret çəkməyənlərə nisbətən iki dəfə daha çoxdur və onlar orta hesabla altı il daha tez vəfat edirlər.
Bununla belə, İsayevin sözlərinə görə, siqareti atmaq üçün heç vaxt gec deyil – hətta yaşlılıqda belə bu addım insan ömrünü uzada bilər.
"Siqareti atmaq çətindir, çünki nikotin insan orqanizmində bir çox biokimyəvi proseslərdə iştirak edir. Onu kənardan qəbul etməklə insan bu təbii prosesi pozur və nəticədə güclü biokimyəvi və psixoloji asılılıq yaranır. Bu, sadəcə iradə məsələsi deyil – bu, tibbi bir problemdir və sistemli yanaşma ilə, həkim nəzarətində həll olunmalıdır. Nikotin asılılığı da digər xəstəliklər kimi elmi əsaslı metodlarla müalicə olunmalıdır," – deyə həkim vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrHər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
1 noyabrGöz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabrKişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4
31 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabr