Tarixdə ilk: Xəstələr 5 min kilometr uzaqlıqdan əməliyyat edildi
Çinli cərrahlar ilk dəfə olaraq 5.000 kilometr məsafədəki xəstələrə peyk bağlantısı vasitəsilə robotik əməliyyat həyata keçirərək tibbdə mühüm bir mərhələyə imza atıblar. Bu tarixi nailiyyət, gələcəkdə müharibə zonaları və təbii fəlakət bölgələrində həyat qurtaran cərrahiyyə xidmətlərinin əlçatanlığını artırmağa yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, Pekindəki iki xəstəyə qaraciyər əməliyyatı Tibet Muxtar Bölgəsinin Lxasa şəhərində yerləşən cərrahiyyə mərkəzindən idarə olunub.
Çin Xalq Azadlıq Ordusu Baş Xəstəxanasından (PLA General Hospital) professor Ronq Lyu və onun komandası, bu mürəkkəb prosedurları peyk bağlantısı vasitəsilə uğurla həyata keçirib. Bu, tarixdə ilk dəfə olaraq bu qədər uzun məsafədən və peyk texnologiyası ilə uzaqdan əməliyyatın uğurla başa çatdırılması deməkdir.
Beləliklə, gələcəkdə təbii fəlakətlərin təsir etdiyi bölgələrdə, döyüş zonalarında və ya səhiyyə infrastrukturunun zəif olduğu kənd yerlərində də yüksək keyfiyyətli cərrahiyyə xidmətləri təqdim etmək mümkün olacaq.
Ənənəvi 5G əsaslı telecərrahiyyə üsulları infrastruktur asılılığı və məsafə məhdudiyyəti ilə üzləşir. Bu texnologiya adətən 5.000 kilometrdən uzaq məsafələr üçün etibarlı olmur, çünki yerüstü şəbəkələrə bağlıdır.
Peyk əlaqəsi isə qlobal əhatə imkanı təklif etsə də, cərrahiyyə üçün zəruri olan 200 millisaniyədən az gecikməni təmin etməkdə çətinlik çəkir. Ənənəvi peyklərdə bu gecikmə təxminən 600 millisaniyəyə qədər çıxır ki, bu da dəqiqlik tələb edən cərrahiyyə əməliyyatlarında ciddi risk yaradır. Lakin professor Lyu və komandası bu texniki çətinliyi üç əsas texnoloji yeniliklə aşmağa nail olublar.
Adaptiv Gecikmə Kompensasiyası: Gecikmədən qaynaqlanan sapmaları aradan qaldırmaq üçün süni intellektə əsaslanan sinir şəbəkəsi tətbiq edilib. Bu sistem 632 millisaniyəlik gecikməyə baxmayaraq, robot qolundakı sapmanı cəmi 0,32 mm ilə məhdudlaşdırıb.
İkiqat bağlantı təminatı: Peyk əlaqəsində problem yaranarsa, sistem avtomatik olaraq 280 millisaniyə ərzində 5G şəbəkəsinə keçərək əməliyyatın təhlükəsiz davam etməsini təmin edir.
Ağıllı bant genişliyi paylanması: Görüntü keyfiyyətindən ödün vermədən, bant genişliyindən istifadə 62% azaldılıb. Video ötürmə və cərrahiyyə əmrlərinə prioritet verilib.
Əməliyyatlar təxminən 36.000 kilometr hündürlükdə orbitdə yerləşən "Apstar-6D" peyki vasitəsilə həyata keçirilib. Cərrahi müdaxilələrdən biri, 68 yaşlı qaraciyər xərçəngi xəstəsinə, digəri isə 56 yaşlı hepatik hemanjiyom diaqnozu qoyulmuş xəstəyə tətbiq olunub.
Hər iki əməliyyat müvafiq olaraq 105 və 124 dəqiqə davam edib. Qan itkisinin cəmi 20 millilitr olması və ciddi fəsadların baş verməməsi xüsusilə diqqət çəkib. Hətta hər iki xəstə əməliyyatdan sonra cəmi 24 saat ərzində evə buraxılıb.
Bu nailiyyət, 2024-cü ildə Roma ilə Pekin arasında 135 millisaniyə gecikmə ilə həyata keçirilmiş prostat əməliyyatı kimi əvvəlki önəmli addımların davamı olaraq qiymətləndirilir. Yeni sistem sayəsində robotik cərrahiyyənin məsafə sərhədi 5.000 kilometdən 150.000 kilometrə qədər genişlənib.
Bu, müharibə zonalarında, təbii fəlakət bölgələrində və əlçatmaz coğrafiyalarda həyat qurtaran tibbi əməliyyatlar üçün tamamilə yeni imkanlar açır. Prof. Ronq Lyu bu texnologiyanın xüsusilə hərbi sahədə və fövqəladə vəziyyətlərdə sağlamlıq xidmətlərinə çıxış baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Çin hökuməti, peyk dəstəyi ilə həyata keçirilən bu modeli klinik sınaqlardan sonra geniş səhiyyə sisteminə inteqrasiya etməyi planlaşdırır. Beləliklə, kosmos dövrünün texnologiyası, dünyadakı sağlamlıq bərabərsizliyini aradan qaldırmaqda yeni bir mərhələnin başlanğıcı ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər