ZƏLZƏLƏ RİSKİ - Azərbaycanın ən titrək bölgələri haradır?

ZƏLZƏLƏ RİSKİ - Azərbaycanın ən titrək bölgələri haradır?Hər il ölkədə hiss olunmayan, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla kiçik yeraltı təkan baş verir. Bu zəlzələlər bir çox hallarda ciddi təhlükə yaratmasa da, əhalinin zəlzələ ilə bağlı suallarını daima gündəmdə saxlayır.

Bəs görəsən, ölkəmizdə ən təhlükəli seysmik zonalar haradadır? Paytaxt Bakı üçün hansı maqnitudalı yeraltı təkanlar xarakterikdir?

Bu və digər suallarla bağlı Azərbaycanın tanınmış seysmoloqu Ənvər Əliyevə müraciət etdik. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycanda baş verən 3-4 ballıq titrəyişlər ildə bəzən minlərlə olur. Əvvəlki dövrlərdə insanları təşvişə salmamaq üçün xəbəri verilməyib.
ZƏLZƏLƏ RİSKİ - Azərbaycanın ən titrək bölgələri haradır?Mütəxəssis həmçinin söylədi ki, Azərbaycanın ən seysmik zonası, 9-10 ballıq zəlzələlər baş vermə ehtimalı olan yer Şəkidən bir neçə kilometr aralı, Ağsuçaya, Şamaxıya qədər uzanan və bir tərəfi də Qubaya qədər uzanan kobud üçbucaqfason ərazidir:

"Həmin yer Ağsunun, Şamaxının, Şabranın və Şəkinin bir hissəsini əhatə edir. Buralar 10 ballıq zonalar hesab edilir. 9 ballıq bölgələr isə Qazax, Zaqatala, Lənkəran və Naxçıvan ərazilərində yerləşir. Digər bir 9 ballıq ərazimiz isə Şah Dili adlanan ərazidən başlayır və Kür çayının deltasına qədər uzanır. Orada Xəzər dənizinin sularının altında, ləkə şəklində, böyük bir ərazidə 9 ballıq zona var. Bu ərazilər seysmik cəhətdən ən aktiv yerlərdir".

Ənvər Əliyev onu da vurğuladı ki, ümumilikdə Bakı şəhəri seysmik cəhətdən çox da aktiv və güclü ərazilərdən deyil. Burada xəritədə maksimum 8 ballıq kimi göstərilir:

"Şimal rayonları 7 ballıq, cənub 7-8 ballıq ərazilərdir. Bir qədər Abşerondan uzaqlaşdıqda, şimaldan Şabran istiqamətində dənizə doğru, sahildən aralı Kür çayına qədər olan hissədə, dənizin içində seysmik cəhətdən aktiv, 8 ballıq hissələr mövcuddur".

"Tarixən Bakı şəhəri güclü zəlzələlərdən uzaq olub. Bakıda ağır yeraltı təkanlar qeydə alınmayıb. Mənbələr və tarixi abidələr bundan xəbər verir. Lakin təəssüf ki Bakı üçün tək qorxulu məqam yer qabığında çat məsələsidir. Burada müəyyən qədər aktivlik hələ ki yoxdur. Abşeron yarımadasında təqribən 2-2.7 santimetr qalxmalar var. Bu qalxmalar da yer qabığında çatların əmələ gəlməsi üçün səbəbdir. Çatlar təqribən Lökbatan istiqamətindədir. Lakin ümumi nəzər saldıqda Bakı seysmik cəhətdən aktiv zonada deyil. Abşeron yarımadasl, Sumqayıt, təxminən 7 ballıq zəlzələ zonasında yerləşir", - deyə ekspert son olaraq vurğulayıb.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin son məlumatına görə, Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək - red) maqnitudası 3 və ondan yuxarı 49 zəlzələ qeydə alınıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1087   Tarix: 09 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr