Yay mövsümündə buna xüsusi diqqət yetirilməlidir - DYP-dən xəbərdarlıq

Yay mövsümündə buna xüsusi diqqət yetirilməlidir - DYP-dən xəbərdarlıqYay mövsümündə avtomobillərin şinlərinə dair tələblər daha ciddi nəzarətdə saxlanılmalıdır.

Sonxeber.az xəbər verir ki, bu barədə yol polisinin sürücülərə müraciətində qeyd edilib.

Bildirilib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücünün hazırlığı, təcrübəsi ilə yanaşı, avtomobilin təkər və şinlərinin texniki tələblərə və mövsümi şərtlərə cavab verməsi həlledici rol oynayır.

"Qış aylarında olduğu kimi, yay fəslində də köhnə, aşınmış şinlərin istismarı ciddi təhlükə mənbəyidir.

Yay aylarında hərəkət intensivliyinin, eləcə də uzaq məsafələrə səfərlərin sayının artması təkər və ya şinlərdəki nasazlıqları daha tez biruzə verir. Xüsusilə temperaturun yüksəlməsi şinlərdə təzyiqin artmasına səbəb olur ki, bu da normativ tələblərin pozulmasına, hətta şinin partlaması ilə nəticələnə bilər.

Qanunvericiliyə əsasən avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun olmadıqda, eləcə də şinlərdə kord çılpaqlaşdıqda, karkas təbəqələrə ayrıldıqda, protektor və şinlərdə yan rejimin qopması kimi yerli zədələr olduqda və ya eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə edildikdə nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıq aradan qaldırılmalıdır.

Bəzən də zahirən "təzə" görünən şinlər istifadə müddətinin keçməsi, yaxud saxlanılma şəraitinin düzgün olmaması səbəbindən yararsız olur ki, onlardan istifadə sonradan ağır faciələrə gətirib çıxarır.

Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi istənilən hava şərtlərində yaranmış çətinlikləri rahatlıqla dəf etmək üçün nəqliyyat vasitələrinin sahiblərini və sürücüləri sadalanan tövsiyələri daim diqqət mərkəzində saxlamağa çağırır.

Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun olması mühüm şərtdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 742   Tarix: 09 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr