"Mehdi Sobhani diplomatik mandatını aşaraq sistemli şəkildə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir" - Bəhruz Quliyev
"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş Zirvə görüşü ilə bağlı səsləndirdiyi fikirlər nə diplomatik etiketə sığır, nə də beynəlxalq hüquq normaları ilə uzlaşır. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi cavab tam əsaslı və siyasi cəhətdən ölçülü reaksiya olmaqla yanaşı, bir həqiqəti də ortaya qoydu: İran nümayəndəsi təəssüf ki, növbəti dəfə anti-Azərbaycan ritorikasına üstünlük verərək Ermənistanın informasiya məkanında siyasi manipulyasiya ilə məşğul olub".
Bunu Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
"Qeyd edim ki, əslində bu, Mehdi Sobhaninin ilk anti-Azərbaycan xarakterli çıxışı deyil. O, diplomatik mandatını aşaraq sistemli şəkildə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir. Bu isə yalnız Azərbaycan-İran münasibətlərinə zərbə vurmaqla qalmır, həm də İranın bölgədəki səmimiyyətinə dair suallar doğurur.
Xankəndi Kommünikesinin formatı və məzmunu ilə bağlı səfirin verdiyi açıqlamalar tamamilə əsassızdır. Zirvə görüşlərinin nəticə sənədləri təşkilatın təcrübəsinə uyğun olaraq sədrlik edən dövlətin xülasəsi formatında hazırlanır və bütün üzv ölkələr üçün tanınmış prosedurdur. İran da daxil olmaqla bütün üzvlər bu qaydanı qəbul edib və sonuncu İstanbul sessiyasında qəbul edilən qərarlarda – o cümlədən Qərbi Azərbaycan İcmasının öz yurdlarına qayıdış hüququnun tanınmasında – konsensusla iştirak edib. Belə olan halda, səfirin fərqli mövqe nümayiş etdirməsi ya şəxsi təşəbbüs, ya da məqsədli informasiya manipulyasiyasıdır".-deyə ekspert şərh edib.
B. Quliyev "Sual olunur: İranın Ermənistandakı səfiri kimə və nəyə xidmət edir? Regionda sülhün və sabitliyin möhkəmlənməsinə, yoxsa revanşist dairələrin yalan təbliğatına? Əgər İran rəsmiləri real və konstruktiv münasibət tərəfdarıdırsa, Ermənistan informasiya agentliklərinə yox, rəsmi diplomatik kanallara üstünlük verməlidirlər.
Azərbaycan dövləti və xalqı dostluğu da unutmur, düşmənçiliyi də. Bu gün İranla münasibətlərdə buzları əriməsi, bizi pozitiv düşünməyə sövq etdiyi vaxtda rəsmilərindən gözləntilərimiz regionda sabitliyə, əməkdaşlığa və beynəlxalq hüququn aliliyinə söykənən mövqe sərgiləməkdir. Əks halda, səfirin sözləri nəinki nəticə doğurmayacaq, əksinə, İranın Cənubi Qafqaz və qonşuluq siyasətinə kölgə salacaq" - deyə əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2441 Tarix: 10 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr