Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu
Veysəloğlu Şirkətlər Qrupu tərəfindən elan olunmuş "Qida Təhlükəsizliyi Ayı" çərçivəsində həyata keçirilən silsilə tədbirlərə 10 iyul tarixində təşkil olunmuş təntənəli bağlanış ilə yekun vurulub.
Tədbirdə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq standartları uğurla tətbiq edən tərəfdaş müəssisələrin rəhbərləri, Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin professor-müəllim heyəti, "Qida Təhlükəsizliyi Ayı" çərçivəsində yaxından əməkdaşlıq edilən assosiasiyaların rəhbərləri, şirkət əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Bildirilib ki, bir ay ərzində keçirilmiş genişmiqyaslı tədbirlər vasitəsilə qida təhlükəsizliyi mədəniyyətinin daha da gücləndirilməsi və bu sahədə cəmiyyətə açıq mesaj verilməsi əsas məqsəd kimi müəyyənləşdirilib.
Tədbirdə qeyd olunub ki, "Qida Təhlükəsizliyi Ayı" ərzində təşkil olunmuş fəaliyyətlər çərçivəsində praktiki təlimlər, maarifləndirmə kampaniyaları, partnyorlarla birgə təşəbbüslər, eləcə də korporativ və ictimai kommunikasiyalar həyata keçirilib. Hər mərhələdə qida təhlükəsizliyinə sistemli və uzunmüddətli yanaşmanın tətbiq olunduğu vurğulanıb.
Qida Təhlükəsizliyi Ayının yekunlarına həsr olunmuş tədbirdə yayımlanan videoçarx vasitəsilə görülən işlər ictimaiyyətə təqdim olunub. Videoçarxda həm əməkdaşların iştirakı, həm tərəfdaş şirkətlərin dəstəyi, həm də qida təhlükəsizliyinə verilən strateji önəm əksini tapıb.
Tədbirin rəsmi hissəsində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru cənab Aydın Talıbov layihəni yüksək qiymətləndirərək vurğulayıb ki, qida təhlükəsizliyi təkcə texniki məsələ deyil – bu, şirkətin strateji prioriteti və eyni zamanda dərin etik dəyəridir. "Bu məsuliyyət həm də bizim vicdani öhdəliyimizdir," – deyə o qeyd edib.
Tədbirin yekununda qida təhlükəsizliyi sahəsində göstərdiyi nümunəvi fəaliyyətə görə fərqlənmiş əməkdaşlar və tərəfdaş təşkilatlar təltif olunublar. Bildirilib ki, onların fəallığı və məsuliyyətli yanaşması bu təşəbbüsün uğurlu icrasına əhəmiyyətli töhfə verib.
Veysəloğlu Şirkətlər Qrupu olaraq inanırıq ki, belə təşəbbüslər gələcəkdə daha genişmiqyaslı proqramların əsasını qoyacaq və cəmiyyətin rifahına xidmət edən yanaşmalarla davam etdiriləcək.








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1615 Tarix: 11 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr