Gənclər evlənməkdən niyə imtina edir? - AÇIQLAMA

Gənclər evlənməkdən niyə imtina edir? - AÇIQLAMA"Artıq gənclərin evliliyə maraq göstərməməsi heç kimi təəccübləndirmir. Üstəlik, bu hadisə təkcə Azərbaycana məxsus deyil - dünyanın müxtəlif ölkələrində də oxşar tendensiyalar müşahidə olunur. Bu isə göstərir ki, qarşı-qarşıya olduğumuz məsələ sadəcə keçici trend yox, geniş miqyaslı və dərin sosioloji transformasiyadır. Bu gün əksər gənclərin evliliyə maraq göstərməməsinin bir sıra səbəbləri var. İndiki dövrdə şəxsi inkişaf, azadlıq və karyera qurmaq kimi fərdi hədəflər prioritet kimi görülür. Evlilik isə bir çoxları üçün bu azadlıqları məhdudlaşdıran sosial mexanizm kimi görünür".

Bu sözləri Sonxeber.az -a sosioloq Yusif Nəbiyev danışıb.

O, açıqlamasında qeyd edib ki, bundan başqa, Qərb mədəniyyətinin təsiri ilə yalnız fərdiyyətçilik deyil, eyni zamanda gender bərabərliyi və feminizm kimi ideoloji cərəyanlar da yayılmağa başlayıb:

"Nəticədə, ailədaxili rollar daha çox sorğulanır, uzun illər dəyişməz qalmış sosial rollar sarsılır. Məsələn, qadınlar artıq özlərini təkcə "ev xanımı" kimi deyil, daha sərbəst və müstəqil subyektlər kimi görürlər. Onlar oxuyur, işləyir, sərbəst yaşamağı hədəfləyirlər. Paralel şəkildə bəzi kişilər də ailənin tək təminatçısı rolunu öz üzərlərinə götürmək istəmirlər.

Bundan əlavə olaraq, evlilikdənkənar münasibətlərin yayılması da ailə institutun funksiyalarından birini – intim münasibətin təmin olunmasını qeyri-işlək hala salır. Bunu əldə etmək üçün artıq ailəyə ehtiyac qalmır.

Gənclər arasında qeyri-rəsmi münasibətlər, birlikdə yaşamaq, "açıq münasibətlər" kimi formatlar normal qəbul olunmağa başlayır. Beləliklə də, evlilik öz normativ statusunu get-gedə itirir. Bu kimi qlobal səbəblərdən əlavə olaraq, sırf yerli reallıqlarla bağlı səbəblər də gənclərin evlilik qərarına təsir edir.

Sosioloq onu da qeyd etdi ki, əsas problemlərdən biri iqtisadi qeyri-sabitlik və gündən-günə artan yaşayış xərcləridir:

"Stabil gəliri olmayan, maddi baxımdan ayaqda dura bilməyən bir insan ailə qurub, başqasının məsuliyyətini necə üzərinə götürə bilər? Bu səbəbdən evlilik bir çox gənc üçün həm də böyük maliyyə yükü kimi görünür. Ev, iş, maddi təminat kimi əsas ehtiyaclar bir çoxları üçün ya əlçatmaz xəyaldır, ya da çox gecikən bir hədəfdir.

Unudulmamalıdır ki, təkcə ailə qurmaq yox, həmin ailəni qoruyub saxlamaq da əvvəlki ilə müqayisədə daha çətindir. Boşanma hallarının durmadan artması da deyilənləri təsdiq etməkdədir. Və bu artan boşanma statistikası özü də subay gənclər arasında narahatlıq, tərəddüd və etimadsızlıq doğurur.

Əgər ciddi sosial strategiyalar hazırlanmasa və vaxtında tədbirlər görülməsə, Azərbaycan da digər ölkələrin yolunu təkrarlayacaq. Bu gedişlə ailə institutuna olan inam və maraq daha da zəifləyəcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2938   Tarix: 11 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr