Bankda əmanəti olanlara ŞAD XƏBƏR: Avqustun 1-dən QƏRAR qüvvəyə minir

Bankda əmanəti olanlara ŞAD XƏBƏR: Avqustun 1-dən QƏRAR qüvvəyə minirAzərbaycan Mərkəzi Bankı banklarda likvidlik risklərinin daha effektiv idarə olunması məqsədilə "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası"na dəyişiklik edib.

Dəyişikliklər bankların likvid mövqeyinin daha güclü formalaşdırılmasına, həmçinin real iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının qorunmasına xidmət edir. Əsas yeniliklərdən biri kimi likvidliyin örtülmə əmsalının (LCR) həm milli valyuta, həm də ümumi əsasda tətbiqi nəzərdə tutulur. Sistem əhəmiyyətli banklar üçün LCR əmsalı milli valyuta üzrə ilkin olaraq 50%-dən başlayaraq 2027-ci il iyunun 1-dək 100%-ə çatdırılmalıdır. Digər banklar üçün bu göstərici 40%-dən başlayaraq həmin ilin dekabrınadək 100%-ə qədər artırılacaq.

Maraqlıdır, likvidlik risklərinin idarə olunması ilə bağlı tələbləri sərtləşdirməsi bank sektorunu necə təsir edəcək?

Məsələ ilə bağlı beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov bağlı News24.az-a açıqlamasında bildirib ki, bu qərar ölkə bank sisteminin dayanıqlığını artırmaq baxımından mühüm addımdır:

"Bizim kimi inkişafda olan ölkələrin iqtisadiyyatlarında bank sektorunda müəyyən likvidlik riskləri mövcud olub. Likvidlik – bankın əlində olan aktivlərin dəyər itirmədən tez bir zamanda pula çevrilə bilməsi qabiliyyətidir. Əgər banklarda bu imkan zəifdirsə, sistem daxilində problemlər yarana bilər. Bu baxımdan, Mərkəzi Bankın qəbul etdiyi yeni qaydalar olduqca yerində və zamanında atılmış addımdır".

Asif İbrahimov əlavə edib ki, likvidlik riskinin idarə olunması üzrə beynəlxalq təcrübədə bir sıra standartlar tətbiq olunur və Azərbaycan da bu istiqamətdə uyğunlaşdırılmış addımlar atır:

"Əsas məqsəd ondan ibarətdir ki, əgər hər hansı bankda problem yaranarsa, onun aktivləri bazarda tezliklə, dəyər itirmədən realizə edilə bilsin. Əmanətçilərin hüquqlarının qorunması, maliyyə sabitliyi və sistemin davamlılığı bu tip yanaşmalardan keçir. Bu baxımdan, bankların yüksək keyfiyyətli likvid aktivlər portfelini genişləndirməsi, likvidliyin örtülmə əmsalının mərhələli tətbiqi mühüm tənzimləmə alətidir".

Qeyd edək ki, yeni tələblər 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1875   Tarix: 12 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr